Icma.az
close
up
RU
“Azərxalça”nin məhsulları dünyanın ən tələbat duyulan xalçaları sırasında təqdim olunub

“Azərxalça”nin məhsulları dünyanın ən tələbat duyulan xalçaları sırasında təqdim olunub

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İstehsalın əhəmiyyətli dərəcədə yüksəlməsi və satışın müsbət dinamikası “Azərxalça”nın dayanaqlı inkişafının təsdiqidir

Bakı, 5 sentyabr, AZƏRTAC

Dünyanın məşhur, interyer üçün əl istehsalı xalça və tekstil məhsullarında ən son beynəlxalq tendensiya və yeniliklərə həsr olunmuş, İngiltərədə nəşr olunan “COVER” jurnalının bu ilki yeni nəşrində “Azərxalça” ASC-nin müasir xalçaları da yerini alıb. Xalça yaradıcılığı ilə yanaşı, incəsənət sahəsində aparıcı nəşr hesab olunan “COVER”in hər buraxılışı saysız-hesabsız interyer dizaynerlər, böyük brendlər və bu sahənin əsas oyunçuları tərəfindən izlənilir. Nəşrin buraxılışında həmçinin xalçalarla yanaşı may ayında Bakıda təşkil olunmuş Beynəlxalq xalça festivalı haqqında da geniş məlumat yayımlanıb.

Bu barədə AZƏRTAC-a “Azərxalça” ASC- dən məlumat verilib.

Azərbaycanın ən böyük xalça istehsalçısı hesab olunan “Azərxalça” ASC-də artıq bir neçə ildir ki, ənənəvi xalçalarla yanaşı müasir dizaynda da xalçaların istehsalı davam edir. Müasir xalçaların əksəriyyəti müxtəlif istedadlı rəssam, dizayner və yaradıcı insanların ortaq əməyinin nəticəsidir. Bu sıradan Aydan Salahova ilə ortaq “Qadın” və “Memarlığın yaddaşı”, rəssam Samirə Allahverdiyeva ilə birgə “Bağçada meyvələr” və “Nar və əncirin simfoniyası” məhdud saylı kolleksiyalarını misal göstərmək olar. Hər kolleksiyaya daxil olan xalçalar Azərbaycanla yanaşı dünyanın müxtəlif şəhərlərində sərgilərdə böyük marağa səbəb olub, uğurla satışı təşkil edilib.

Xalçaların istehsalı və satışı ilə yanaşı “Azərxalça” milli-mənəvi sərvətimiz hesab olunan xalçaçılıq sənətinin həm ölkəmizdə, həm də ölkə sərhəddindən xaricdə təbliğat və təşviqat fəaliyyətinin davam etdirir. Artıq 2025-ci ilin ilk aylarından etibarən ASC-nin Praqada Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Azərxalça” və “Halama” Çex Kristal Şirkətinin təşkilatçılığı ilə “İki gözəllik harmoniyası: Azərbaycan xalçası və Çex kristalı” sərgisi, Azərbaycanın Moldovadakı səfirliyi, “Azərxalça” ASC və Kişineu Milli Tarixi Muzeyinin təşkilatçılığı ilə “Gözəlliyin harmoniyası. Azərbaycan xalçalarının zamansız zərifliyi” sərgisi, Azərbaycanın Niderlanddakı səfirliyi və “Azərxalça” ASC-nin birgə təşkilatçılığı ilə Haaqada “Azərbaycan xalçalarının möhtəşəmliyi: sənət vasitəsilə öyrənmək” sərgisi təşkil olunub.

“Azərxalça” ASC-nin 2024-cü il üzrə maliyyə-iqtisadi göstəriciləri də müəssisənin fəaliyyətində sabit inkişaf və müsbət dinamikanın müşahidə olunduğunu göstərir. 2023-cü illə müqayisədə xalça satışında 26 faiz artım qeydə alınıb. Bu nəticə həm məhsul istehsalının səmərəliliyinin yüksəldiyini, həm də bazarda satış imkanlarının genişləndiyini nümayiş etdirir. Müəssisənin ixrac potensialının gücləndirilməsi və daxili bazarda mövqelərin möhkəmləndirilməsi bu artımın əsas amillərindəndir. Son illər “Azərxalça” ASC-nin əsas fəaliyyət istiqamətlərindən biri olan ipək xalça istehsalında da nəzərəçarpacaq inkişaf müşahidə olunur. 2023-cü illə müqayisədə 2024-cü ildə ipək xalça istehsalı 180 faizdən çox artıb. Lüks seqment olan ipək xalçaların hər kvadratmetrinin orta satış qiyməti 3500 manata yaxın olmasına baxmayaraq, istehsal olunmuş məhsul 90 faizədək satılıb.

2024-cü ildə gəlirlərin artımı, xərclərin optimallaşması, istehsal həcminin əhəmiyyətli dərəcədə yüksəlməsi və satışın müsbət dinamikası “Azərxalça”nın dayanaqlı inkişafının təsdiqidir.

2025-ci ilin ilk altı ayı üzrə mövcud proqnozlar da müsbət qiymətləndirilir. İlin birinci yarısında əldə olunmuş nəticələr müəssisədə pozitiv proseslərin davam etməsini göstərir. Bu isə “Azərxalça” ASC-nin qarşıya qoyduğu strateji hədəflərə uyğun olaraq, istehsalın artırılması, ixrac imkanlarının genişləndirilməsi və maliyyə sabitliyinin möhkəmləndirilməsi istiqamətində atılan addımların düzgünlüyünü bir daha təsdiqləyir.

İdarəetmədə tətbiq olunan səmərəli qərarlar, resurslardan rasional istifadə və xərclərin optimallaşdırılması üzrə aparılan tədbirlər nəticədə müəssisənin maliyyə dayanıqlığının möhkəmləndirilməsinə mühüm töhfə verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Sentyabr 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri