“Azexport” portalı Yaxın Şərq bazarlarına ixrac imkanlarını genişləndirir
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 3 fevral, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport” portalının dəstəyi ilə Azərbaycanda istehsal olunan kənd təsərrüfatı və qida məhsullarının Yaxın Şərq regionuna, o cümlədən İsrailə ixracına dair növbəti görüşlər keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, görüşlər çərçivəsində istixana şəraitində pomidor istehsalı ilə məşğul olan yerli şirkətlərin imkanları müzakirə edilib. Bildirilib ki, regionun ən böyük istixanalarından olan bu müəssisələrdən dünyanın 20-dək ölkəsinə məhsul ixrac edilir. Şirkət hazırda İsrail, eləcə də digər Yaxın Şərq ölkələrinə ixracı genişləndirməkdə maraqlıdır.
Səfər çərçivəsində ölkənin aparıcı un və un məmulatları istehsalçısı olan şirkətlə də müzakirələr aparılıb. Qeyd olunub ki, müəssisə hazırda İsrail də daxil olmaqla bir çox ölkəyə məhsul ixracını həyata keçirir. Şirkət mövcud bazarlardakı payını artırmaq və məhsul çeşidini genişləndirmək niyyətindədir.
“Azexport” portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, Azərbaycan məhsulları yüksək keyfiyyəti və orqanik göstəriciləri ilə beynəlxalq bazarlarda, o cümlədən Yaxın Şərq ölkələrində rəqabətqabiliyyətliliyi ilə seçilir. İsrail və regionun digər ölkələri prioritet ixrac istiqamətlərindən biridir. Təşkil edilən görüşlər onu göstərir ki, xarici şirkətlərin yerli məhsullarımıza marağı böyükdür.
“Azexport” portalının məqsədi yerli sahibkarlarla xarici alıcılar arasında birbaşa əlaqə yaratmaq və “Made in Azerbaijan” brendinin qlobal arenada mövqeyini möhkəmləndirməkdir. Portal Azərbaycan məhsullarının tanıdılması və yeni satış kanallarının tapılması üçün xarici şirkətlərlə yerli istehsalçıları bir araya gətirir. Bu imkanlardan yararlanmaq və bənzər görüşlərdə iştirak etmək istəyən sahibkarlar “Azexport”a müraciət edə bilərlər. Portalın ixracın təşviqi ilə bağlı göstərdiyi xidmətlərə görə xidməthaqqı və ya komissiya tələb olunmur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 03 Fevral 2026 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















