Icma.az
close
up
RU
“Azexport” portalı və “Tradexter Global” Azərbaycan mallarını Türkiyə bazarlarına çıxarır

“Azexport” portalı və “Tradexter Global” Azərbaycan mallarını Türkiyə bazarlarına çıxarır

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalının rəhbəri Ayxan Qədəşovun Türkiyənin İstanbul şəhərinə səfəri çərçivəsində mərkəzi ofisi Türkiyədə yerləşən “Tradexter Global” şirkəti arasında anlaşma memorandumu imzalanıb. Sənədə əsasən, tərəflər Azərbaycanda istehsal olunan malların Türkiyə bazarına çıxarılmasında birgə əməkdaşlıq edəcəklər. 

“Azexport” portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, Türkiyə bazarı Azərbaycan məhsullarının diversifikasiyası üçün ciddi əhəmiyyətə malikdir: “İl ərzində Türkiyəyə 55 milyondan artıq xarici turist səfər edir. Belə böyük ziyarətçi kütləsi olan bazarda daha geniş şəkildə təmsil olunmaq ciddi əhəmiyyət kəsb edir. Bu ziyarətçilər arasında Azərbaycan mallarının potensial müştəriləri olan iri beynəlxalq topdansatış şəbəkələri nümayəndələri, həmçinin yeni məhsul axtarışında olan iş adamları da mövcuddur. Bu baxımdan, Azərbaycan məhsullarının Türkiyədə daha geniş təmsil olunması Türk Dövlətləri arasında ticarət əlaqələrinin daha da artması ilə yanaşı, həm də məhsullarımızın beynəlxalq səviyyədə tanınmasında ciddi əhəmiyyətə malikdir.” 

“Tradexter Global” şirkətinin baş icraçı direktoru Güclü İlalmak isə əlavə edib ki, Azərbaycan istehsalı olan məhsullar Türkiyə bazarı üçün maraqlıdır: “Biz eyni tarixi köklərə, adət-ənənələrə bağlı, eyni coğrafiyadan olan insanlarıq. Bu bizim ağız dadımızın, qida seçimlərimizin bənzərliyi ilə də tamamlanır. Şirkətimiz Azərbaycanda istehsal olunan malların Türkiyə bazarına çıxarılmasında yerli şirkətlərlə yaxından işləyəcək. Bu proses tək fiziki mağazalar yox, həm də e-ticarət şəbəkələri üzərindən də həyata keçiriləcək. Biz artıq Azexport platformasında mövcud Azərbaycan məhsullarının kataloqları ilə tanış olmuşuq. Hazırda məhsulların seçilməsi və şirkətlərlə görüşlərin keçirilməsi istiqamətində işlər davam etdirilir. Əməkdaşlığımızın uğurlu olacağına inanırıq.”  

Qeyd edək ki, Türkiyə bazarında yerləşən e-ticarət platformaları və market şəbəkələrində təmsil olunmaq istəyən sahibkarlar Azexport portalı vasitəsilə müraciət edə bilərlər. Portal tərəfindən göstərilən xidmətlərə görə faiz və ya komissiya nəzərdə tutulmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Dekabr 2024 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see317

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see247

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see225

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see183

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see163

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see163

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see140

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri