Icma.az
close
up
RU
“Azexport” portalı ən yaxşıların sırasına daxil edilib

“Azexport” portalı ən yaxşıların sırasına daxil edilib

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Asiya İnkişaf Bankı (ADB), Asiya İnkişaf Bankı İnstitutu (ADBI) və BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının (ESCAP) birgə əməkdaşlığı ilə Yaponiyanın paytaxtı Tokioda “Asiya Beyin Mərkəzləri Şəbəkə Forumu 2025” (Asian Think Tank Network Forum 2025) keçirilir.
Reyting.az
xəbər verir ki, "Rəqəmsal və elektron ticarət vasitəsilə əlçatanlığın və inklüzivliyin təmin edilməsi" mövzusunda təşkil olunan Forumda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ramil Hüseyn “Azexport” portalının fəaliyyəti barədə təqdimatla çıxış edib.

Ramil Hüseynin və portalın rəhbəri Ayxan Qədəşovun hazırladığı “Hökumət iqtisadi artımı sürətləndirmək üçün rəqəmsal və elektron ticarətdən necə istifadə edir: Azərbaycan nümunəsində” (How Government Leverages Digital Trade and E-Commerce to Boost Economic Growth: A Case Study from Azerbaijan) mövzusundakı təqdimat “Asiya Beyin Mərkəzləri Şəbəkə Forumu 2025” təşkilatçıları tərəfindən Asiya regionu üzrə 15 ən yaxşı nümunədən biri seçilib.
Qitənin ən böyük beyin mərkəzləri platformasında müxtəlif ölkələri təmsil edən tədqiqatçıların qarşısında çıxış edən Ramil Hüseyn bildirib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2016-cı ildə yaradılan “Azexport” portalı indiyədək dünyanın 150-dən artıq ölkəsindən müxtəlif kateqoriyalar üzrə ixrac sifarişi qəbul edərək yerli sahibkarlara yönləndirib.
Ramil Hüseyn portalın “Mtradeverse” şirkəti ilə birgə həyata keçirdiyi Rəqəmsal Sərgi Zalı layihəsi barədə də məlumat verib və bu layihənin Azərbaycan məhsullarının beynəlxalq bazarlarda təqdimatını asanlaşdırdığını vurğulayıb.
Sessiyanın sual-cavab mərhələsində “Azexport” modelinin digər ölkələrdə tətbiqi imkanları ilə bağlı təklif və təşəbbüslər irəli sürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://reyting.az
archiveBu xəbər 29 Oktyabr 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see384

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see312

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see265

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see262

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see250

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see238

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see237

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see225

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see222

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see220

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see214

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see213

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see211

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see210

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see208

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see199

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri