“Azexport” Türkiyə, Rusiya və Özbəkistanın platformalarına inteqrasiya edilib
Icma.az bildirir, Teleqraf.com portalına istinadən.
2024-cü ildə Azərbaycanın ixrac coğrafiyasının genişlənməsinə xidmət edən “Azexport” portalının Türkiyə, Rusiya və Özbəkistanın “Trendyol”, “Ozon”, “Uzum” platformalarına inteqrasiyası reallaşdırılıb.
Teleqraf.com xəbər verir ki, bu fikirləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı ilin yekunlarına dair keçirilən mətbuat konfransı zamanı deyib.
“2024-cü ildə“Azexport” ixracatçılara 61 ədəd Sərbəst satış sertifikatı (Certificate of Free Sale) təqdim edib.
V.Qasımlı “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə bağlı da məlumat verib.
Qeyd edib ki, 2024-cü ildə hüquqi və fiziki şəxslərdən 1 747 müraciət daxil olub. Ümumilikdə 3 982 ədəd sertifikat verilib, 288,2 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 22 Yanvar 2025 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















