“Azı 4 milyon nəfər tibbi sığortadan kənarda qalacaq” İQTİSADÇI
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
"Azərbaycan hökumətinin universal tibbi sığorta modelindən imtinası ən azı 4 milyon nəfərin icbari tibbi sığortadan kənarda qalmasına səbəb olacaq".
"AzPolitika" xəbər verir ki, bunu iqtisadçı Rövşən Ağayev bildirib.
Onun sözlərinə görə, bu qərardan zərər görəcək əsas qruplar bunlardır: Əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə ilə işləməyən, sahibkar kimi qeydiyyatda olmayan, adına pay torpağı olan, lakin bələdiyyədə ailə kəndli təsərrüfatı kimi uçota alınmayan 15–65 yaşlı əmək qabiliyyətli şəxslər.
R.Ağayevin sözlərinə görə, bu kateqoriyaya təxminən 3 milyon nəfər daxildir.
Müxtəlif səbəblərlə işçi qüvvəsinə daxil olmayan, lakin sağlam və əmək qabiliyyətli insanlar, yəni:
Ev işləri ilə məşğul olan, ailə üzvlərinə qulluq edən evdar qadınlar, iş tapacağına ümidini itirib rəsmi şəkildə iş axtarmayan və işsiz kimi qeydiyyatdan keçməyən şəxslər. O deyib ki, bu qrupun sayı da təxminən 1 milyon nəfərdir.
R.Ağayev bildirib ki, universal tibbi sığortadan imtina nəticəsində ölkə əhalisinin təxminən 40 faizi dövlət hesabına tibbi sığorta almaq imkanından məhrum olub.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 26 Noyabr 2025 23:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















