“AzInTelecom”dan şəhid övladlarına dəstək Fotolar
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Yeni tədris ili öncəsi “AzInTelecom”un dəstəyi, “YAŞAT” Fondunun təşkilatçılığı ilə respublikanın müxtəlif regionlarında “Məktəbli ləvazimatları” layihəsi həyata keçirilib.
“Qafqazinfo” xəbər verir ki, layihə çərçivəsində 1500-ə yaxın şəhid övladına dərs ləvazimatlarından ibarət hədiyyə qutuları göndərilib.
Qutulara məktəb çantası, dəftər, xəritə, gündəlik, termos, stolüstü lampa və digər zəruri tədris ləvazimatları qoyulub.
“AzInTelecom” üçün gənc nəslin təhsili və inkişafı xüsusi əhəmiyyət kəsb edir. Şirkət daha əvvəl “YAŞAT” Fondunun təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən “Hədiyyə karvanı” layihəsinə də dəstək göstərib. “AzInTelecom” hər zaman bu istiqamətdəki sosial layihələrə dəstək göstərəcəyini bir daha bəyan edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 10 Sentyabr 2025 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















