Icma.az
close
up
RU
“AZLİNG 2025 Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” beynəlxalq elmi konfrans

“AZLİNG 2025 Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” beynəlxalq elmi konfrans

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 21 oktyabr, AZƏRTAC

Noyabrın 15-də Neftçala rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “AZLİNG 2025-Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” mövzusunda ənənəvi beynəlxalq elmi konfrans keçiriləcək. 2021-ci ildən bəri Neftçaladan olan dilçi alimlərin təşəbbüsü ilə təşkil edilən konfrans “Regional İnkişaf” İctimai Birliyi və Neftçala rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, beynəlxalq elmi konfransın mövzuları Azərbaycan dili və müasir dilçilik elminin aktual məsələlərini əhatə edir. Bu sıraya “Xalqın milli özünüdərk prosesində Azərbaycan dilinin rolu”, “Qloballaşma şəraitində Azərbaycan dilinin tədrisi məsələləri”, “Türkdilli dövlətlərdə dil siyasətinin müqayisəli təhlili”, “Müasir türkologiyanın aktual problemləri”, “Rəqəmsal erada sosiolinqvistik problemlər”, “Linqvistik datanın müasir emal metodları” mövzuları daxildir. Bununla yanaşı, “Süni intellekt erasında Azərbaycan dilinin tərcümə məsələləri”, “Azərbaycan dilçiliyində süni intellekt problem”, “Dialekt və şivələr milli- mədəni irs nümunəsi kimi”, “Azərbaycan dilinin tipoloji dilçilik istiqamətində tədqiqi məsələləri”, “Müasir Azərbaycan ədəbi dili məsələləri”, “Azərbaycan dilinin praktik tətbiqi sahələri”, “Müasir dilçilikdə qədim yazıların tədqiqi məsələləri” mövzuları da konfransda müzakirə ediləcək.

Beynəlxalq elmi konfransda iştirak etmək istəyənlər abstraktlarını oktyabrın 31-dək təşkilat komitəsinin [email protected]  ünvanına göndərə bilərlər. Konfransın işçi dilləri Azərbaycan, türk, ingilis və rus dilləridir. Abstraktlar 250-300 söz həcmində, “Times New Roman” şrifti ilə 12 ölçüdə tərtib edilməlidir. Konfransda məruzə edən iştirakçıların məqalələri linqvistik toplu şəklində çap olunması nəzərdə tutulub.

Konfrans çərçivəsində “Azərbaycan dilçilik nailiyyətləri” sərgisi də keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Oktyabr 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri