Icma.az
close
up
RU
Müasir filologiya: problemlər, çağırışlar, hədəflər elmi konfrans

Müasir filologiya: problemlər, çağırışlar, hədəflər elmi konfrans

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 5 may, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) Filologiya fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Müasir filologiya: problemlər, çağırışlar, hədəflər” mövzusunda respublika elmi konfransı keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, konfransın plenar iclasında Filologiya fakültəsinin dekanı dosent Elçin Məmmədov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın sosial, ictimai və iqtisadi həyatındakı mühüm rolundan bəhs edib. O qeyd edib ki, Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Dekan vurğulayıb ki, filoloqların əsas vəzifəsi Azərbaycan dilinin və ədəbiyyatının inkişafına töhfə verməkdir və keçirilən konfrans da bu məqsədə xidmət edir. Bildirilib ki, konfransa 200-ə yaxın elmi məqalə təqdim olunub.

Daha sonra Ümumi dilçilik kafedrasının müdiri akademik Nizami Cəfərov “Heydər Əliyevin azərbaycançılıq ideologiyası” mövzusunda məruzə ilə çıxış edib. O, azərbaycançılıq ideologiyasının əsas prinsiplərindən danışaraq bildirib ki, ana dilinə hörmət, dövlətçiliyə sədaqət və milli tarixə ehtiram bu ideologiyanın əsasını təşkil edir. Akademik əlavə edib ki, azərbaycançılıq ideologiyası birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu ideologiyanın həm nəzəri, həm də praktik şəkildə formalaşdırılaraq cəmiyyətə təqdim edilməsi məhz bu siyasi kursun nəticəsidir.

Plenar iclasda Türkologiya kafedrasının professoru Elbrus Əzizovun “Azərbaycan dilinə Heydər Əliyev qayğısı”, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlunun “Heydər Əliyev və milli mədəniyyət” adlı məruzələri dinlənilib.

Konfrans işini doqquz bölmədə davam etdirib. Bölmə iclaslarında 100-ə yaxın elmi məruzə dinlənilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 May 2026 18:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see384

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see381

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see359

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see352

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see339

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see332

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see308

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see283

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see265

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see258

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see241

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see237

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see231

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see222

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see215

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see212

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see206

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see196

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see192

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri