Icma.az
close
up
RU
Neftçalada “Azərbaycan dili və müasir dilçilik problemlər, perspektivlər və çağırışlar” adlı beynəlxalq elmi konfrans keçirilib

Neftçalada “Azərbaycan dili və müasir dilçilik problemlər, perspektivlər və çağırışlar” adlı beynəlxalq elmi konfrans keçirilib

Icma.az, Azertag saytına istinadən bildirir.

Neftçala, 15 noyabr, İlkin Adıyev, AZƏRTAC

Neftçala rayonu Heydər Əliyev Mərkəzində ənənəvi “AZLİNG 2025: Azərbaycan dili və müasir dilçilik – problemlər, perspektivlər və çağırışlar” adlı beynəlxalq elmi konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Konstitusiya və Suverenlik İli”nə həsr edilən konfransa ölkənin müxtəlif elmi mərkəzlərini təmsil edən yüzə yaxın alim və gənc tədqiqatçı qatılıb. “AZLİNG 2025” konfransında müasir dünya dilçilik elminin inkişaf meyilləri fonunda Azərbaycan dilinin mövcud problemləri və onların həlli istiqamətləri geniş müzakirə olunub.

Konfrans iştirakçıları əvvəlcə Neftçala rayon Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər güllər düzüblər. Sonra “Azərbaycanın dilçilik nailiyyətləri” sərgisi ilə tanışlıq olub. Sərgidə Azərbaycan dilçiliyinin son illərdə əldə etdiyi elmi nəticələri əks etdirən müxtəlif nəşrlər nümayiş olunub.

Konfransı açan Neftçala rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyində Ana dilimizlə bağlı səsləndirdiyi fikirlərə istinad edib. O, dövlətimizin başçısının Azərbaycan dilinin saflığının qorunması ilə bağlı fikirlərini xatırladaraq, dilin xalqın taleyi, kimliyi və mənəvi dəyərləri ilə sıx bağlı olduğunu bildirib.

Sonra Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, “Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, əməkdar elm xadimi Qəzənfər Paşayev, Xəzər Universitetinin rektoru Raziyə İsayeva və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadə çıxış ediblər. Natiqlər çıxışlarında konfransın əhəmiyyətini yüksək qiymətləndirib, qloballaşmanın sürətləndiyi bir dövrdə Azərbaycan dilinin qorunub saxlanmasının strateji önəm daşıdığını qeyd ediblər. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çıxışlarda, həmçinin dövlət dilinin inkişafı və onun cəmiyyət həyatında möhkəmləndirilməsi ilə bağlı qəbul olunmuş qərarların və irəli sürülən müvafiq tezislərin aktuallığı bir daha vurğulanıb.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun dosenti, filologiya elmləri doktoru Qüdsiyyə Qəmbərova ötənilki elmi konfransın materialları əsasında hazırlanmış linqvistik toplunun təqdimatını keçirib.

Konfrans Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyevin moderatorluğu ilə davam etdirilib. O, AZLİNG konfranslarının beş illik fəaliyyətinə dair hesabatı təqdim edib.

Tədbir “Gənc dilçilər” forumu ilə davam etdirilib. Forumda Ümummilli Lider Heydər Əliyevin dil siyasətinin müasir Azərbaycan dilinə təsiri, dilçiliyin son inkişaf istiqamətləri və Ana dilinin saflığının qorunmasına yönəlmiş islahatlar barədə danışılıb.

Sonra konfransın bölmə iclasları olub, 100-ə yaxın alim və gənc tədqiqatçı aktual dilçilik problemlərinə dair ən son elmi nəticələrini təqdim ediblər.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:47
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Noyabr 2025 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see357

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see239

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see203

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see190

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see180

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see177

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see170

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see167

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see161

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see158

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see153

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see152

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see141

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see134

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see132

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see131

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri