Icma.az
close
up
RU
“AzMİU Academy”nin təşkil etdiyi kurslara bu il 200dən çox tələbə cəlb olunub AZƏRTAC

“AzMİU Academy”nin təşkil etdiyi kurslara bu il 200dən çox tələbə cəlb olunub AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 28 noyabr, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) tələbələrinin peşəkar inkişafını dəstəkləmək məqsədilə 2022-ci ildə təsis etdiyi “AzMİU Academy” müasir dövrün tələblərinə cavab verən bir təhsil platformasıdır.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, akademiya texniki bilikləri və proqram təminatı üzrə bacarıqları pulsuz öyrədərək tələbələrə gələcək karyeraları üçün rəqabət üstünlüyü qazandırmağı qarşısına məqsəd qoyub.

“AzMİU Academy” fəaliyyətə başladığı ilk ildə “AutoCAD”, “3ds Max”, “Microsoft Office” və digər proqramları tədris etməklə 100-ə yaxın tələbəyə xidmət göstərib. Onlardan 40-ı təlimləri uğurla tamamlayaraq sertifikat qazanıb. İkinci tədris ilində bu göstəricilər daha da yüksəlib: 150 tələbə qeydiyyatdan keçib, 50 nəfər sertifikat əldə edib.

Hazırda 2024-2025 tədris ilində rekord sayda - 200-dən çox tələbə müxtəlif sahələrdə tədris olunan dərslərə qatılıb. Təklif olunan kurslar arasında “Revit Architecture”, “Python”, “AutoCAD İnşaat”, “AutoCAD Memarlıq”, “Frontend” proqramlaşdırma və “Microsoft Office” kimi mövzular var. Kurslar tələbələrin ixtisaslarına uyğun olaraq formalaşdırılır və müasir tədris texnologiyalarından istifadə edilir.

“AzMİU Academy”nin mühüm xüsusiyyətlərindən biri proqramların universitetin təcrübəli tələbələri tərəfindən tədris edilməsidir. Bu yanaşma həm tədris edənlər, həm də öyrənənlər üçün qarşılıqlı təcrübə mübadiləsinə imkan yaradır və universitet icmasında əməkdaşlıq ruhunu gücləndirir.

Akademiyanın uğurla fəaliyyət göstərməsi və tələbələr üçün unikal imkanlar təqdim etməsi universitet rəhbərliyinin, xüsusən də AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədovanın davamlı dəstəyinin nəticəsidir. Akademiyanın yaradılması rektorun təşəbbüsü ilə həyata keçirilib və tələbələr üçün pulsuz təhsil platforması formalaşıb. Akademiyanın təşkil olunmasında və fəaliyyətinin davamlı inkişafında Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və İnşaat fakültəsi də mühüm rol oynayıb. THİK tələbələrin akademik və sosial inkişafını dəstəkləmək üçün müxtəlif tədbirlər təşkil edərək “AzMİU Academy”nin geniş tələbə kütləsinə çatmasına yardımçı olub. İnşaat fakültəsi isə tədris proqramlarının formalaşdırılmasında, uyğun mütəxəssislərin seçilməsində və dərs planlarının hazırlanmasında yaxından iştirak edib.

Bu əməkdaşlıq nəticəsində “AzMİU Academy” tələbələr üçün yalnız bilik əldə etmə platforması deyil, həm də gələcək mütəxəssislər arasında əməkdaşlıq və təcrübə mübadiləsi üçün bir mərkəzə çevrilib. Universitetin dəstək strukturları tələbələrin akademik və peşəkar ehtiyaclarını qarşılamaq üçün akademiyanın imkanlarını daha da genişləndirmək məqsədilə daim işlər aparır.

Akademiya tələbələrə yalnız texniki biliklər öyrətməklə kifayətlənmir, eyni zamanda, onların gələcəkdə texnoloji dəyişikliklərə uyğunlaşa bilməsi üçün baza formalaşdırır. Daha geniş təhsil imkanları yaratmaq məqsədilə AzMİU “Code Academy” ilə də əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində tələbələrə proqramlaşdırma və digər rəqəmsal bacarıqlar üzrə pulsuz kurslar təşkil olunur.

“AzMİU Academy” tələbələrin gələcəyin texnologiyayönümlü əmək bazarına mükəmməl şəkildə hazırlanmasını təmin edən unikal platformadır. Bu akademiyada hər tələbə öz potensialını kəşf edərək peşəkar inkişafını təmin edə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Noyabr 2024 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see163

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see133

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see132

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see130

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see130

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri