Icma.az
close
up
RU
525ci qəzet “AzMİU Academy”nin təşkil etdiyi kurslara bu il 200dən çox tələbə cəlb olunub

525ci qəzet “AzMİU Academy”nin təşkil etdiyi kurslara bu il 200dən çox tələbə cəlb olunub

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) tələbələrinin peşəkar inkişafını dəstəkləmək məqsədilə 2022-ci ildə təsis etdiyi “AzMİU Academy” müasir dövrün tələblərinə cavab verən bir təhsil platformasıdır.

AzMİU-dan 525.az-a bildirilib ki, akademiya texniki bilikləri və proqram təminatı üzrə bacarıqları pulsuz öyrədərək tələbələrə gələcək karyeraları üçün rəqabət üstünlüyü qazandırmağı qarşısına məqsəd qoyub.

“AzMİU Academy” fəaliyyətə başladığı ilk ildə “AutoCAD”, “3ds Max”, “Microsoft Office” və digər proqramları tədris etməklə 100-ə yaxın tələbəyə xidmət göstərib. Onlardan 40-ı təlimləri uğurla tamamlayaraq sertifikat qazanıb. İkinci tədris ilində bu göstəricilər daha da yüksəlib: 150 tələbə qeydiyyatdan keçib, 50 nəfər sertifikat əldə edib.

Hazırda 2024-2025-ci tədris ilində rekord sayda - 200-dən çox tələbə müxtəlif sahələrdə tədris olunan dərslərə qatılıb. Təklif olunan kurslar arasında “Revit Architecture”, “Python”, “AutoCAD İnşaat”, “AutoCAD Memarlıq”, “Frontend” proqramlaşdırma və “Microsoft Office” kimi mövzular var. Kurslar tələbələrin ixtisaslarına uyğun olaraq formalaşdırılır və müasir tədris texnologiyalarından istifadə edilir.

“AzMİU Academy”nin mühüm xüsusiyyətlərindən biri proqramların universitetin təcrübəli tələbələri tərəfindən tədris edilməsidir. Bu yanaşma həm tədris edənlər, həm də öyrənənlər üçün qarşılıqlı təcrübə mübadiləsinə imkan yaradır və universitet icmasında əməkdaşlıq ruhunu gücləndirir.

Akademiyanın uğurla fəaliyyət göstərməsi və tələbələr üçün unikal imkanlar təqdim etməsi universitet rəhbərliyinin, xüsusən də AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədovanın davamlı dəstəyinin nəticəsidir. Akademiyanın yaradılması rektorun təşəbbüsü ilə həyata keçirilib və tələbələr üçün pulsuz təhsil platforması formalaşıb. Akademiyanın təşkil olunmasında və fəaliyyətinin davamlı inkişafında Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və İnşaat fakültəsi də mühüm rol oynayıb. THİK tələbələrin akademik və sosial inkişafını dəstəkləmək üçün müxtəlif tədbirlər təşkil edərək “AzMİU Academy”nin geniş tələbə kütləsinə çatmasına yardımçı olub. İnşaat fakültəsi isə tədris proqramlarının formalaşdırılmasında, uyğun mütəxəssislərin seçilməsində və dərs planlarının hazırlanmasında yaxından iştirak edib.

Bu əməkdaşlıq nəticəsində “AzMİU Academy” tələbələr üçün yalnız bilik əldə etmə platforması deyil, həm də gələcək mütəxəssislər arasında əməkdaşlıq və təcrübə mübadiləsi üçün bir mərkəzə çevrilib. Universitetin dəstək strukturları tələbələrin akademik və peşəkar ehtiyaclarını qarşılamaq üçün akademiyanın imkanlarını daha da genişləndirmək məqsədilə daim işlər aparır.

Akademiya tələbələrə yalnız texniki biliklər öyrətməklə kifayətlənmir, eyni zamanda, onların gələcəkdə texnoloji dəyişikliklərə uyğunlaşa bilməsi üçün baza formalaşdırır. Daha geniş təhsil imkanları yaratmaq məqsədilə AzMİU “Code Academy” ilə də əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində tələbələrə proqramlaşdırma və digər rəqəmsal bacarıqlar üzrə pulsuz kurslar təşkil olunur.

“AzMİU Academy” tələbələrin gələcəyin texnologiyayönümlü əmək bazarına mükəmməl şəkildə hazırlanmasını təmin edən unikal platformadır. Bu akademiyada hər tələbə öz potensialını kəşf edərək peşəkar inkişafını təmin edə bilər.

Sevinc Qarayeva 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Noyabr 2024 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri