Icma.az
close
up
RU
AzMİU beynəlxalq təbliğat kampaniyasını genişləndirir FOTOLAR

AzMİU beynəlxalq təbliğat kampaniyasını genişləndirir FOTOLAR

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) beynəlxalq təhsil mühiti ilə əlaqələrini gücləndirmək məqsədilə təbliğat fəaliyyətlərini davam etdirir. Bu çərçivədə universitetin nümayəndə heyəti Özbəkistanın Daşkənd şəhərində təşkil olunan 27-ci Beynəlxalq “Təhsil və Peşə 2025” sərgisində iştirak edib. 

"Unikal" xəbər verir ki, Daşkənddə rəsmi açılışı edilən sərgi bir ay müddətində Özbəkistanın 12 müxtəlif şəhərində keçiriləcək. AzMİU-nun sərgidə təqdim etdiyi stend, xüsusilə yerli abituriyentlər, onların valideynləri və beynəlxalq təhsil nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb. 

Universitet təmsilçiləri İctimaiyyətlə Əlaqələr və Marketinq Mərkəzinin direktoru İsa Muradov və Əcnəbi Vətəndaşların Hazırlığı fakültəsinin dekanı dosent Gülnarə Əsgərəlizadə tərəfindən ziyarətçilər AzMİU-nun təhsil imkanları, qəbul prosesi, ixtisaslar, tələbə həyatı və təqaüd proqramları barədə məlumatlandırılıb.

Sərgi çərçivəsində universitetin təqdim etdiyi materiallar – bukletlər və broşuralar vasitəsilə ziyarətçilərə geniş informasiya təqdim edilib. Memarlıq, dizayn, inşaat mühəndisliyi, şəhərsalma  və ekologiya mühəndisliyi kimi sahələrə maraq göstərən özbək abituriyentlər AzMİU-nun akademik proqramları və beynəlxalq əməkdaşlıq imkanları ilə tanış olub, suallarını universitet təmsilçilərinə ünvanlayıblar. 

Əməkdaşlarımız sərgi ərzində bir sıra ölkələrin ali təhsil müəssisələrinin təmsilçiləri ilə görüşlər keçirərək gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Sərgiyə Özbəkistanla yanaşı, Rusiya, Türkiyə, Kanada, ABŞ, BƏƏ, Cənubi Koreya və digər ölkələrin tanınmış ali təhsil müəssisələri də qatılıb.  Ümumilikdə 100-dən çox universitetin qatıldığı tədbir özbək gənclərinin təhsil və peşə seçimləri ilə bağlı mühüm məlumatlandırma platforması olub..

Qeyd edək ki, AzMİU-nun Mərkəzi Asiyada apardığı builki təbliğat kompaniyası Qırğızıstandan başlayıb. Təmsilçilərimiz ilk olaraq Qırğızıstanın tanınmış təhsil müəssisələrindən biri olan Bilimkana Amerika Məktəbində qonaq olub və universitetin tanıtımını həyata keçiriblər. Oxşar fəaliyyət digər məktəblərdə də aparılıb və qırğız şagirdlərin AzMİU-ya marağı yüksək olub. 
Mərkəzi Asiya regionundakı təbliğat fəaliyyətləri bu coğrafiyada AzMİU-nun tanınmasını artırmaq və universitetə daha çox xarici tələbə cəlb etmək məqsədi daşıyır.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://unikal.az
archiveBu xəbər 28 Aprel 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see300

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see285

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see261

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see261

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see250

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see240

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see235

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see232

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see227

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see223

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see215

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see215

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see212

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see208

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see206

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see192

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri