Icma.az
close
up
RU
AzMİU alimi Şanxayda FOTOLAR

AzMİU alimi Şanxayda FOTOLAR

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Ekologiya kafedrasının baş müəllimi, texnika üzrə fəlsəfə doktoru Seynurə Həsənova dünyanın nüfuzlu elm mərkəzlərindən biri hesab olunan Çinin Fudan Universitetində keçirilən beynəlxalq konfransda Azərbaycan elmini uğurla təmsil edib.

"Unikal" xəbər verir ki, Şanxay şəhərində təşkil olunan “İctimai Sağlamlıqda Mürəkkəb Proseslərin Riyazi Modelləşdirilməsi üzrə Çin-Kanada-Macarıstan Müştərək Konfransı” dünyanın müxtəlif ölkələrindən tanınmış alimləri, tədqiqatçıları və ekspertləri bir araya gətirib. Tədbirin əsas məqsədi ictimai sağlamlığa təsir göstərən qlobal problemlərin riyazi modelləşdirmə, süni intellekt və mürəkkəb sistemlər nəzəriyyəsi əsasında araşdırılması, eləcə də bu istiqamətdə beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi olub.

Konfransda Seynurə Həsənova yalnız iştirakçı kimi deyil, həm də sessiya sədri və məruzəçi qismində çıxış edərək beynəlxalq elmi müzakirələrin mərkəzində yer alıb. O, infeksion xəstəliklərin yayılma risklərinin qiymətləndirilməsi, agentəsaslı modelləşdirmə və süni intellekt tətbiqlərinə dair sessiyalara rəhbərlik edib, müxtəlif ölkələrdən olan alimlər arasında elmi diskussiyaların koordinasiyasını həyata keçirib.

AzMİU əməkdaşının təqdim etdiyi “Ətraf mühit və sağlamlığın qorunması üçün modelləşdirmə” (Modeling for Environmental Health Protection) adlı elmi məruzə isə konfrans iştirakçıları tərəfindən xüsusi maraqla qarşılanıb.

AzMİU rektorunun müşaviri, Dünya Azərbaycanlı Alimlər Birliyinin İdarə Heyətinin sədri, dünya şöhrətli alim, professor Məsud Əfəndiyevin elmi rəhbərliyi ilə hazırlanmış tədqiqat çərçivəsində ətraf mühit faktorlarının insan sağlamlığına təsirinin qiymətləndirilməsi və risklərin proqnozlaşdırılması üçün yeni model təqdim olunub. Müasir riyazi yanaşmalar və mürəkkəb sistemlərin analizi əsasında qurulan model ekoloji təhlükələrin və sağlamlıq risklərinin daha dəqiq müəyyənləşdirilməsinə imkan yaradır.

Beynəlxalq ekspertlər təqdim olunan modelin aktual elmi problemlərin həlli baxımından böyük potensiala malik olduğunu qeyd edib, onun inkişaf etdirilməsi istiqamətində yeni elmi əməkdaşlıq təşəbbüsləri irəli sürüblər.

Konfrans çərçivəsində Çin, Kanada və Macarıstanın riyazi ekologiya, data elmi və ictimai səhiyyə sahəsində çalışan aparıcı alimləri ilə birbaşa əlaqələr qurulub, gələcək birgə tədqiqatlar, beynəlxalq qrant layihələri və elmi nəşrlər üzrə əməkdaşlıq imkanları müzakirə edilib.

zamanı tələbə və tədqiqatçı mübadiləsi, ortaq elmi layihələrin hazırlanması və beynəlxalq tədqiqat şəbəkələrinin formalaşdırılması istiqamətində də mühüm razılaşmalar əldə olunub.
Səfər çərçivəsində Çinin rəqəmsal texnologiyalar sahəsində fəaliyyət göstərən “Feishu” şirkəti ilə də görüş keçirilib. Tərəflər elm, innovasiya və rəqəmsal həllər sahəsində mümkün əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Qeyd edək ki, Seynurə Həsənova beynəlxalq elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən çıxışına görə növbəti konfransa da rəsmi dəvət alıb.

AzMİU əməkdaşının dünyanın aparıcı elmi platformalarından birində çıxış etməsi universitetin qlobal akademik məkandakı mövqeyinin daha da gücləndiyini, beynəlxalq tədqiqat şəbəkələrində fəal iştirak etdiyini və müasir elmi çağırışlara cavab verən tədqiqat potensialına malik olduğunu nümayiş etdirir.
 



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://unikal.az
archiveBu xəbər 01 İyun 2026 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri