Icma.az
close
up
RU
AzMİU tələbələri beynəlxalq müsabiqədə uğur qazanıb FOTOLAR

AzMİU tələbələri beynəlxalq müsabiqədə uğur qazanıb FOTOLAR

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Elmi Cəmiyyətinin (TEC) üzvlərindən ibarət  “INTEGRA” komandası  İstanbul Texniki Universitetində keçirilən “Design Together with BIM” adlı beynəlxalq müsabiqədə 5-ci yerə layiq görülərək beynəlxalq səviyyədə böyük nailiyyət əldə edib.

"Unikal" xəbər verir ki, komandanın üzvləri – Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin kommunikasiya sistemləri mühəndisliyi ixtisası tələbəsi Məleykə Əliyeva, Memarlıq fakültəsinin memarlıq ixtisası tələbəsi Raya Rüstəmli və İnşaat fakültəsinin inşaat mühəndisliyi ixtisası tələbəsi Hüseyn Zəkirov  layihə dizaynı, Building Information Modeling (BIM) texnologiyalarından səmərəli istifadə və enerji səmərəliliyi sahəsində nümayiş etdirdiyi peşəkar yanaşma ilə müsabiqədə fərqlənməyi bacarıblar. Qeyd olunan nailiyyət AzMİU tələbələrinin beynəlxalq rəqabətə hazırlığını və innovativ mühəndislik bacarıqlarını bir daha təsdiqləyib.

Bildirək ki, beynəlxalq müsabiqəyə AzMİU-nun İnşaat, Memarlıq, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültələri, eləcə də  “SABAH” qruplarından olan 2 tələbə də daxil olmaqla ümumilikdə 16 tələbə  qatılıb. Komandaların iştirakı və yarışa hazırlığı TEC-in təşkilatçılığı ilə həyata keçirilib. Tələbələrə universitetin Materialşünaslıq kafedrasının müdiri professor İradə Şirinzadə və TEC-in sədri Günel İmamquliyeva rəhbərlik ediblər.

Yarış iki əsas mərhələdən ibarət olub. Birinci mərhələ 2024-cü ilin 14–17 dekabr tarixlərində İstanbulda baş tutub və bu müddətdə iştirakçılar “Revit”, “Dynamo”, “Navisworks” və digər qabaqcıl proqram təminatları üzrə təlimlərdə iştirak ediblər. Eyni zamanda, tələbələr BIM sistemi üzrə nəzəri biliklərlə yanaşı texniki səfərlərdə iştirak edərək praktiki təcrübələr qazanıblar.

Təlimlərdən sonra başlayan 10 həftəlik layihə mərhələsində iştirakçılar BIM əsaslı dizayn, davamlı mühəndislik həlləri və müxtəlif sahələr üzrə əməkdaşlıq bacarıqlarını nümayiş etdiriblər. Müsabiqəyə Rusiya, Türkiyə, Azərbaycan, Albaniyadan ümumilikdə 23 komanda qatılıb və yekun layihələr 2025-ci ilin 15 mart tarixində münsiflər heyətinə təqdim olunub. Nəticədə AzMİU-nun “INTEGRA” komandası təqdim etdiyi uğurlu layihəyə əsasən, müsabiqədə 5-ci yerə layiq görülüb. 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://unikal.az
archiveBu xəbər 04 Aprel 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri