Icma.az
close
up
RU
AzMİU da beynəlxalq elmi konfrans: Dünya alimləri inşaatın müasir problemlərini müzakirə ediblər

AzMİU da beynəlxalq elmi konfrans: Dünya alimləri inşaatın müasir problemlərini müzakirə ediblər

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 24 iyun, AZƏRTAC

İyunun 24-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyinə həsr olunan “İnşaatın müasir problemləri” (MCEP 2025) mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfrans AzMİU, Türkiyənin İstanbul Texniki Universiteti, Xorvatiyanın North Universiteti və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində reallaşıb. Tədbir inşaat və memarlıq sahəsində aktual problemlərin elmi əsaslarla müzakirəsinə, yeni yanaşmaların təqdimatına və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xidmət edib.

Açılış mərasimində çıxış edən AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova universitetin 50 illik fəaliyyətinin tarixinə qısa nəzər salıb. Bildirib ki, AzMİU Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi ilk illərdə, məhz onun təşəbbüsü ilə yaradılıb. O dövrdə universitet Qafqazda memarlıq və inşaat mühəndisləri üzrə ixtisaslaşan ilk və yeganə ali təhsil müəssisəsi olub.

Rektor 50 il ərzində əldə olunan nailiyyətlərdən söz açaraq bildirib ki, universitetin məzunları bu gün Azərbaycanın memarlıq, inşaat, hidrotexniki tikinti, nəqliyyat, informasiya texnologiyaları və iqtisadiyyat sahələrində uğurla fəaliyyət göstərir və bu sahələrdə aparıcı mövqelərə sahibdirlər. Onlar işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərinə də fəal şəkildə cəlb olunublar.

Gülçöhrə Məmmədova elmi-tədqiqat sahəsində görülən işlərə toxunaraq vurğulayıb ki, bu gün elmə verilən əsas tələblərdən biri beynəlmiləlləşmədir. Elmin ən qabaqcıl istiqamətlərinə inteqrasiya olunmaqla həm milli elmin inkişafına nail olmaq, həm də ölkəmizi beynəlxalq miqyasda tanıtmaq mümkündür. Bu sahədə AzMİU-da son illər ərzində ciddi irəliləyişlər əldə olunub.

Rektorun sözlərinə, görə beynəlxalq elmi əlaqələrin qurulması və möhkəmləndirilməsi hazırda xarici tərəfdaş universitetlərlə əməkdaşlığın əsas istiqamətini təşkil edir. Bu konfrans həmin əlaqələrin inkişafına mühüm töhfə verəcək, AzMİU alimlərinin apardığı tədqiqatların tərəfdaş universitetlərin nümayəndələri ilə bölüşülməsi, onların araşdırmalarının qarşılıqlı müzakirəsi elmi əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcək.

Konfransda çıxış edən İstanbul Texniki Universitetinin prorektoru professor Şenol Ataoğlu təmsil etdiyi ali təhsil müəssisəsi ilə AzMİU arasında qurulan sağlam əməkdaşlığa diqqət çəkib. Professor konfransın bu əməkdaşlığın nəticəsi olaraq təşkil edildiyini və elm aləmi üçün faydalı nəticələr verəcəyinə əminliyini söyləyib.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov çıxışında bu cür tədbirlərin inşaat sahəsində çalışan mütəxəssislər üçün effektiv təcrübə və məlumat mübadiləsi platforması olduğunu deyib. O, bu formatda keçirilən görüşlərin tikinti sahəsinin aktual problemlərinin araşdırılması və həll yollarının tapılması baxımından xüsusi önəm kəsb etdiyini söyləyib.

North Universitetinin professoru Jelko Kos da çıxış edərək konfransın əhəmiyyətindən söhbət açıb. Onun sözlərinə görə, bu cür görüşlər qlobal səviyyədə elmi tərəfdaşlığın inkişafına, eləcə də bilik və təcrübə mübadiləsinin təşviqinə xüsusi fayda verir.

Sonra konfransın plenar sessiyasında rektor professor Gülçöhrə Məmmədova “Keçmiş və müasirlik: Qərbi Azərbaycanın tarixi memarlıq irsi haqqında” adlı təqdimatla çıxış edib. Rektor Qərbi Azərbaycan ərazisində – xüsusilə İrəvan şəhərində mədəni və memarlıq irsinin dağıdılmasından danışıb.

Professorun sözlərinə görə, 1924-cü ildə təqdim olunan baş planda İrəvan xanlığı dövründə formalaşmış və daha qədim dövrlərə aid tarixi abidələrin tamamilə məhv edilməsi və onların yerində yeni şəhərsalma konsepsiyasına uyğun tamamilə fərqli bir şəhərin inşası nəzərdə tutulmuşdu.

“Bu plan təkcə memarlıq baxımından deyil, həm də etnik və ideoloji yönümlü bir layihə idi. Azərbaycanlılara məxsus tarixi mərkəz, memarlıq irsi və məhəllələr ardıcıl şəkildə sökülərək silindi. Tarixi simanın planlı şəkildə dəyişdirilməsi nəticəsində azərbaycanlıların şəhərdəki izi aradan qaldırıldı”, – deyə Gülçöhrə Məmmədova vurğulayıb.

Sonra Münxen Helmholtz Mərkəzi İnstitutunun professoru, AzMİU rektorunun müşaviri Məsud Əfəndiyevin “Sənayedə kimyəvi reaktorların dizaynı”, İstanbul Texniki Universitetinin prorektoru professor Şenol Ataoğlunun “Stres analizi üçün güclü üsul: fotoelastiklik metodu – İstanbul Texniki Universitetinin Eksperimental mexanika laboratoriyasindan bəzi nümunələr” mövzusunda təqdimatları keçirilib.

Konfrans çərçivəsində universitetin müxtəlif auditoriyalarında paralel bölmə iclasları keçirilib. Müzakirələr memarlıq və şəhərsalmadan tutmuş inşaat konstruksiyaları və texnologiyalarına, tətbiqi riyaziyyat və mexanikadan geotexnika, nəqliyyat və hidrotexniki qurğuların tikintisinə, eləcə də materialşünaslıq, infrastruktur sistemləri, iqtisadiyyat və idarəetmə sahələrinə qədər geniş spektri əhatə edib.

İki gün ərzində keçiriləcək iclaslarda ümumilikdə 13 ölkədən 194 elmi məruzə dinləniləcək. Bunların 159-u Azərbaycan alimlərinə, 35-i isə xarici tədqiqatçılara məxsus olacaq. Konfransda Türkiyə, Almaniya, Çin, Xorvatiya, Slovakiya, İran, Cənubi Koreya, İtaliya, Portuqaliya, Ukrayna, Qazaxıstan, Özbəkistan və Yunanıstan təmsil olunub.

Təqdim olunan məqalələrdə müasir mühəndislik çağırışları, dayanıqlı tikinti texnologiyaları, ağıllı şəhərsalma həlləri, enerji səmərəliliyi və yeni infrastruktur modelləri kimi aktual mövzulara elmi yanaşmalar irəli sürülüb.

MCEP 2025 konfransı mühəndislik və memarlıq sahəsində biliklərin inteqrasiyası, elmi ideyaların real layihələrə çevrilməsi və beynəlxalq elmi əlaqələrin daha da genişləndirilməsi baxımından yüksək dəyərləndirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 İyun 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see204

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see189

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see172

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see145

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see143

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see138

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri