Icma.az
close
up
RU
AzMİU da elmi praktik konfrans keçirilib FOTOLAR

AzMİU da elmi praktik konfrans keçirilib FOTOLAR

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

11-12 mart Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) universitetin 50 illik yubileyinə həsr olunan IV Beynəlxalq elmi-praktik konfrans keçirilib.

"Unikal" xəbər verir ki, “Dizaynın müasir problemləri” mövzusunda reallaşan konfrans Dizayn fakültəsinin Qrafik və media dizaynı kafedrası ilə Mühit dizaynı kafedrasının birgə təşkilatçılığı nəticəsində baş tutub.

Konfrans dünyanın aparıcı elmi, dövlət və özəl qurumlarının nümayəndələrini, tanınmış mütəxəssisləri, tədqiqatçıları və alimləri bir araya gətirərək dizaynda tədrisin metodoloji problemləri, ənənəvi dizaynın fəlsəfi və bədii məsələləri, şəhər mühitinin dizaynı, müasir dizaynın estetik problemləri və müasir texnologiyalardakı rolu kimi aktual mövzuların müzakirəsinə imkan yaradıb.

Açılış nitqi ilə çıxış edən Dizayn fakültəsinin dekanı dosent Fərid Kərimov konfransın AzMİU-nun 50 illik yubileyi çərçivəsində keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib. O, universitetin dizayn sahəsindəki elmi-tədqiqat fəaliyyətindən danışaraq, fakültənin beynəlxalq əməkdaşlıqlarını genişləndirmək və dizayn sahəsində yenilikləri təşviq etmək istiqamətində gördüyü işlərə toxunub. 

Beynəlxalq əlaqələr üzrə prorektor professor Nərgiz Abdullayeva çıxışında konfransın beynəlxalq miqyasda böyük maraq doğurduğunu söyləyib. O, dizayn sahəsində xarici universitetlərlə əməkdaşlıqların gücləndirilməsinin vacibliyini vurğulayaraq, AzMİU-nun dünya universitetləri ilə apardığı elmi layihələr haqqında məlumat verib.

Elm və innovasiya məsələləri üzrə prorektor professor Nigar Aslanova dizaynın müasir texnologiyalarla və elmi yeniliklərlə inteqrasiyasından danışıb. Prorektor tədqiqatçıları yeni texnologiyalar üzərində işləməyə və dizaynda müasir həllər yaratmağa səsləyib.

Qrafik və media dizaynı kafedrasının müdiri dosent Təranə Bəkirova konfransın dizaynın vizual kommunikasiya aspektlərinə dair elmi müzakirələr aparmaq istiqamətində mühüm platforma olduğunu deyib. Təranə Bəkirova qrafik dizayn sahəsində yeni tendensiyalara toxunaraq, müasir texnologiyaların qrafik dizaynın inkişafında oynadığı roldan danışıb.

Mühit dizaynı kafedrasının müdiri professor Yeganə Hacıyeva şəhər mühitinin dizaynı və urbanizasiya problemlərinə toxunaraq, bu sahədə aparılan son tədqiqatlar haqqında məlumat verib. O, şəhər estetikasının əhəmiyyətini vurğulayaraq, mühit dizaynında müasir yanaşmaların tətbiqinin zəruriliyini vurğulayıb.

“Renee Architecture & Design” şirkətinin rəhbəri Rəna Novruzlu dizayn və memarlıq sahəsində aparıcı tendensiyalar, müasir şəhər dizaynının estetik prinsipləri və yeni texnologiyaların tətbiqi barədə fikirlərini bölüşüb. O, öz şirkətinin bu sahədə həyata keçirdiyi layihələrdən bəhs edib və dizayn sahəsində gənc tədqiqatçılara tövsiyələr verib.

Çıxışlardan sonra konfransın plenar iclasına keçilib. Plenar iclasda Mühit dizaynı kafedrasının dosenti Elşad Əliyev, Qrafik və media dizaynı kafedrasının baş müəllimi Fəridə Qasımova, Eskişehir Osmangazi Universitetinin Memarlıq bölümünün dosenti N. Hacıöməroğlunun mövzu ilə bağlı məruzələri dinlənilib. 

Konfrans çərçivəsində elmi məruzələr təqdim olunub,  diskussiyalar və təcrübə mübadiləsi aparılıb. İştirakçılar konfransın dizayn sahəsində innovativ yanaşmaların müzakirəsi və elmi biliklərin inkişafı baxımından mühüm platforma olduğunu vurğulayıblar.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:233
embedMənbə:https://unikal.az
archiveBu xəbər 12 Mart 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see387

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see382

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see295

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see293

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see262

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see254

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see254

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see249

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see247

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see234

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see233

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see220

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see206

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see202

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see200

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see193

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see192

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see192

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri