Icma.az
close
up
RU
AzMİU da “Memarlıq həftəsi”nə start verilib FOTOLAR

AzMİU da “Memarlıq həftəsi”nə start verilib FOTOLAR

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Seranit Azərbaycan” və “SinerjiPro” şirkətlərinin dəstəyi ilə “Memarlıq həftəsi”nə start verilib.

"Unikal" xəbər verir ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) və ölkədə elan olunmuş “Memarlıq və Şəhərsalma İli”nə həsr olunan bu həftə memarlıq, şəhərsalma və dizayn sahəsində aktual məsələlərin müzakirəsi, beynəlxalq təcrübənin paylaşılması və gələcəyin memarlıq baxışlarının formalaşdırılması baxımından mühüm platforma kimi çıxış edir.

Tədbirin açılışı AzMİU-nun “In Vision Design Talks Campus” platformasında təşkil olunan “Memarlıq və dizaynın görüş nöqtəsi: gələcəyi formalaşdıran ideyaların səhnəsi” mövzusunda panel müzakirə ilə başlayıb. Paneldə müasir memarlığın çağırışları, innovativ yanaşmalar və şəhərsalmanın perspektivləri geniş müzakirə olunub.

Tədbirdə yerli və xarici qonaqlar, AzMİU rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Açılış nitqi ilə çıxış edən AzMİU-nun Memarlıq fakültəsinin dekanı, professor Zahidə Məmmədova “Memarlıq həftəsi”nin universitet üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq bildirib ki, bu cür təşəbbüslər tələbələrin nəzəri biliklərinin praktik təcrübə ilə zənginləşdirilməsi, onların beynəlxalq memarlıq gündəmini yaxından izləməsi və peşəkar mühitlə birbaşa əlaqə qurması baxımından olduqca vacibdir. O, universitetin memarlıq və şəhərsalma istiqamətində həyata keçirdiyi layihələrdən bəhs edərək bu təşəbbüslərin gələcək mütəxəssislərin formalaşmasında mühüm rol oynadığını qeyd edib.

“Seranit Azərbaycan” şirkətinin rəhbəri Ufuk Polat çıxışında universitet–sənaye əməkdaşlığının əhəmiyyətinə diqqət çəkərək bildirib ki, müasir memarlıq yalnız estetik yanaşma ilə deyil, eyni zamanda texnoloji innovasiyalar, dayanıqlı materiallar və insanyönümlü həllər üzərində qurulmalıdır. O, gənc memarların inkişafına dəstəyin şirkətin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.

Panelin moderatoru, Türkiyənin Memar Sinan İncəsənət Universitetinin professoru Osman Arayıcı çıxışında bu cür platformaların fərqli ölkələrin memarlıq məktəblərini bir araya gətirərək yeni əməkdaşlıq imkanları yaratdığını bildirib. Onun sözlərinə görə, memarlıq yalnız bina layihələndirilməsi deyil, həm də şəhərlərin gələcəyinin formalaşdırılması və insanların həyat keyfiyyətinin yüksəldilməsi missiyasını daşıyır.

Paneldə çıxış edən tanınmış memar Sinan Kafadar Azərbaycanda həyata keçirdiyi layihələrdən bəhs edərək ölkədə son illərdə müşahidə olunan dinamik inkişafı yüksək qiymətləndirib və Azərbaycanın regional memarlıq mərkəzlərindən birinə çevrilmək potensialını vurğulayıb. O, yerli memarlıq ənənələrinin qorunması ilə müasir yanaşmaların vəhdətinin vacibliyini qeyd edib.

Memar Yeşeren Ersan çıxışında süni intellekt texnologiyalarının müasir memarlıq prosesində artan rolundan bəhs edib. O bildirib ki, süni intellekt artıq yalnız texniki alət deyil, eyni zamanda yaradıcılığı dəstəkləyən və qərarvermə prosesini sürətləndirən mühüm vasitəyə çevrilib.

“Project Bureau Azerbaijan”ın direktoru, memar Tusi Əliyev ölkədə həyata keçirilən iri memarlıq və urbanistik layihələrdən danışaraq beynəlxalq təcrübənin yerli bazara inteqrasiyasının əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, müasir şəhərsalma yanaşmaları insan mərkəzli planlaşdırma, ekoloji dayanıqlılıq və innovativ həllər üzərində qurulmalıdır.

Azərbaycan Memarlar İttifaqının katibi Şeyda Novruzzadə isə çıxışında gənc memarların peşəkar inkişafına dəstəyin artırılmasının vacibliyini qeyd edib. O bildirib ki, belə tədbirlər gənclərin beynəlxalq memarlıq ictimaiyyəti ilə əlaqələrinin genişlənməsinə və onların peşəkar şəbəkələrinin formalaşmasına mühüm töhfə verir.

İnteraktiv formatda davam edən panel müzakirələr zamanı tələbələrin çoxsaylı sualları cavablandırılıb, memarlıq təhsilinin gələcək perspektivləri, beynəlxalq təcrübə proqramları və rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. İştirakçıların aktivliyi yüksək qiymətləndirilib və bu kimi platformaların gənc memarların dünyagörüşünün genişlənməsində mühüm rol oynadığı vurğulanıb.

“Memarlıq həftəsi” çərçivəsində növbəti günlərdə müxtəlif mövzularda tədbirlərin, seminarların və müzakirələrin keçirilməsi nəzərdə tutulur. Həftə boyunca iştirakçılar memarlıq və şəhərsalma sahəsində ən son tendensiyalarla tanış olmaq, aparıcı mütəxəssislərlə fikir mübadiləsi aparmaq və yeni peşəkar imkanlar əldə etmək imkanı qazanacaqlar.

Qeyd edək ki, “Memarlıq həftəsi” AzMİU-nun beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, memarlıq təhsilinin keyfiyyətinin yüksəldilməsi və ölkədə müasir memarlıq düşüncəsinin inkişafına töhfə verilməsi istiqamətində həyata keçirilən mühüm təşəbbüslərdən biridir.



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://unikal.az
archiveBu xəbər 12 May 2026 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see334

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see325

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see316

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see308

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see303

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see295

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see286

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see276

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see271

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see267

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see249

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see231

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see229

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see220

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see217

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see211

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see194

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see185

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri