Icma.az
close
up
RU
AzMİU da təşkil olunan ilk “Dizayn Həftəsi” yekunlaşdı FOTOLAR

AzMİU da təşkil olunan ilk “Dizayn Həftəsi” yekunlaşdı FOTOLAR

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) təşkil olunan ilk “Dizayn Həftəsi” beş gün davam edən intensiv və faydalı tədbirlər silsiləsi ilə başa çatıb.

"Unikal" xəbər verir ki, tədbir universitetin 50 illik yubileyi və Dizayn fakültəsinin yaranmasının birinci ildönümü münasibətilə təşkil olunub. Bu möhtəşəm həftə tələbələr və sahə üzrə mütəxəssislər üçün yaradıcılıq və peşəkarlığı bir araya gətirən məhsuldar bir platforma rolunu oynayıb.

Bağlanış mərasimində AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud və Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyəti sədrinin müavini Ağacan Əhmədov və digər qonaqlar, universitetin professor-müəllim heyəti  iştirak ediblər. 

Dizayn fakültəsinin dekanı dosent Fərid Kərimov mərasimi açıq elan edərək gələn qonaqları salamlayıb. Fakültənin yaranma tarixindən, keçdiyi inkişaf yolundan və bir il ərzində əldə etdiyi uğurlardan söhbət açıb. 

Sonra söz  “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmuda və Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyəti sədrinin müavini Ağacan Əhmədova verilib. Qonaqlar çıxışlarında dizayn sahəsində peşəkar gənclərə olan ehtiyacı vurğulayaraq AzMİU-nun bu istiqamətdəki təşəbbüslərini yüksək qiymətləndiriblər.

Mərasimin sonunda Dizayn fakültəsinin yaradılmasında əməyi keçən bir neçə şəxsə təşəkkürnamələr təqdim olunub. Mərasim çərçivəsində fakültənin tələbələrinin əl işlərindən ibarət satış sərgisi təşkil olunub. Əl işlərinin böyük əksəriyyəti hərrac vasitəsilə satılıb, bu da tələbələrin yaradıcılıq işlərinə olan marağın və dizayn məhsullarının bazar dəyərinin yüksək olduğunu bir daha nümayiş etdirib.

Həftə boyunca universitetdə bir sıra maraqlı və faydalı tədbirlər həyata keçirilib. Tələbələrin əl işlərindən ibarət sərgilər, ustad dərsləri, interaktiv təqdimatlar, “Açıq Qapı Günü” və panel müzakirələr “Dizayn Həftəsi”nin əsas istiqamətlərini təşkil edib.

Ustad dərsləri çərçivəsində fotoqrafiyanın dizayn sahəsindəki rolu, yaşıl dizayn və maketləşdirmə prinsipləri, kiçik ölçülü mebel avadanlıqlarının tətbiqi kimi aktual mövzularda peşəkar təqdimatlar keçirilib. “Açıq Qapı Günü” tədbirində isə abituriyentlər və valideynlər, universitetin dizayn fakültəsi ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Tədbirin son günlərindən birində təşkil olunan “Təhsildə süni intellekt alətlərindən istifadə” mövzusundakı panel müzakirəsi isə innovativ yanaşmalar və gələcəyə dair baxışlarla diqqət çəkib. Paneldə, süni intellektin dizayn təhsilindəki tətbiqi, bu sahədə mövcud imkanlar və perspektivlər geniş şəkildə müzakirə olunub.

AzMİU-da ilk dəfə keçirilən “Dizayn Həftəsi” universitetin yaradıcılıq potensialını, tələbələrin bacarıq və təşəbbüskarlığını üzə çıxarmaqla yanaşı, ölkədə dizayn təhsilinin inkişafına yeni bir nəfəs gətirib. Bu cür tədbirlər, gələcəkdə dizayn sahəsinin peşəkarlarını yetişdirmək və bu sahənin inkişafına töhfə vermək məqsədini daşıyır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://unikal.az
archiveBu xəbər 25 Aprel 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri