Icma.az
close
up
RU
AzMİU və Yıldız Texniki Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub AZƏRTAC

AzMİU və Yıldız Texniki Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 26 dekabr, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) elm və innovasiya məsələləri üzrə prorektoru professor Nigar Aslanova Türkiyənin Yıldız Texniki Universitetində (YTU) bir sıra mühüm görüş keçirib. Səfər çərçivəsində professor Nigar Aslanova, YTU-nun rektoru professor Eyyub Debiklə görüşərək ikitərəfli əlaqələrin gücləndirilməsi, elmi-tədqiqat və innovasiya sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə universitetlər arasında elmi tədqiqatların təşviq edilməsi məqsədilə birgə layihələrin həyata keçirilməsi məsələləri gündəmə gətirilib. İki universitetin alimləri arasında təcrübə mübadiləsinin artırılması, elmi fəaliyyətlərin daha da zənginləşdirilməsi istiqamətində müzakirələr aparılıb.

Prorektor Nigar Aslanovanın YTU-nun Fənn Ədəbiyyat fakültəsində və fakültənin Riyaziyyat kafedrasında da bir sıra görüşləri keçirilib. Bu görüşlərdə AzMİU və YTU-nun doktorantları üçün birgə elmi rəhbərlik imkanları müzakirə olunub. Bu cür əməkdaşlığın tədqiqatçılar arasında birgə elmi layihələrin həyata keçirilməsi, yeni elmi araşdırmaların aparılması baxımından böyük əhəmiyyət kəsb etdiyi qeyd olunub.

Bundan əlavə, Riyaziyyat kafedrasında keçirilən elmi seminarda professor Nigar Aslanova elmi məruzə ilə çıxış edib. Aktual riyazi məsələlərin həllinə həsr olunan seminarda kafedranın professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Seminarın sonunda Nigar Aslanova iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Dekabr 2024 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri