Icma.az
close
up
RU
AzMİU Yıldız Texniki Universiteti ilə əməkdaşlığa başlayır

AzMİU Yıldız Texniki Universiteti ilə əməkdaşlığa başlayır

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Fizika və Kimya kafedrasının müdiri professor Adil Abdullayev və kafedranın müəllimi Rəna Xankişiyeva 1-6 dekabr tarixlərində Türkiyənin Yıldız Texniki Universitetində (YTU) təcrübə mübadiləsində olublar.
Newscenter.az xəbər verir ki, universitet əməkdaşları YTU-nun Fen Ədəbiyyat fakültəsinin dekanı professor Salim Yüce, Fizika bölümünün rəhbəri professor Zeynep Güven Özdemir, Kimya bölümünün rəhbəri professor Ali Erdoğmuş və universitetin dəyərli alimləri ilə görüşlər keçirib. Görüşlərdə YTU-də tədrisin təşkili, elmi-tədqiqat sahəsindəki nailiyyətləri təqdim edilib. Laboratoriya dərslərinin keçirilməsi, təhlükəsizlik qaydaları, dərs proqramları, dərsliklər və laboratoriya kitabları ilə bağlı ətraflı məlumat verilib.
Bu proqram çərçivəsində YTU-nin Fen Ədəbiyyat fakültəsinin Fizika və Kimya bölümlərində müasir elmi-tədqiqat laboratoriyaları ilə tanışlıq və AzMİU ilə birgə əməkdaşlıq imkanlarının müzakirəsi aparılıb. Professor Adil Abdullayev YTU-də təşkil olunan elmi seminarda “Radiasiya təsirinə məruz qalmış A3 B3 C26 qruplu birləşmələrdə relaksasiya proseslərinin xüsusiyyətləri” və “Amorf quruluşlu metallar” mövzularında təqdimatlarla çıxış edib. Təqdimatlar geniş elmi auditoriya tərəfindən böyük maraqla qarşılanıb və mövzular ətrafında aktiv müzakirələr aparılıb.
Diskussiyalar zamanı relaksasiya proseslərinin yeni tədqiqat yanaşmaları, amorf materialların sənayedə tətbiq imkanları kimi aktual məsələlər müzakirə olunub. Seminarda iştirak edən mütəxəssislər arasında qarşılıqlı fikir mübadiləsi nəticəsində birgə tədqiqat layihələrinin icrası və gələcək əməkdaşlıq üçün konkret addımların atılması planlaşdırılıb.
Rəna Xankişiyeva isə Kimya bölümünün nəzdində Fiziki-Kimya Tədqiqat Laboratoriyasının rəhbəri professor Tarık Eren ilə əməkdaşlıq barədə söhbət aparıb. Görüş zamanı, poliuretan tullantıları əsasında yeni rezin kompozitlərinin və bioplastiklərin hazırlanması üzrə iki beynəlxalq tədqiqat layihəsinin icrası razılaşdırılıb. Eyni zamanda Tarık Eren, Rəna Xankişiyevanın elmlər doktorluğu dissertasiyasına elmi məsləhətçi kimi qoşularaq birgə tədqiqat işlərinə start veriblər.
Universitet təmsilçilərimiz, eyni zamanda YTU-nin rektoru professor Eyüp Debik, inzibati heyət və fakültə əməkdaşlarının iştirak etdiyi Akademik Şura iclasına dəvət alıblar. İclasda Fən Ədəbiyyatı fakültəsinin 2024/2025-ci tədris ili üzrə hesabatı dinlənilib. İclasda fakültənin inkişaf perspektivləri, tədris proqramlarında edilən yeniliklər və tələbələr üçün təqdim olunan yeni imkanlar müzakirə olunub.
Qeyd edək ki, əməkdaşlarımızın bu cür təcrübə proqramlarında iştirakı AzMİU-nun beynəlxalq akademik əlaqələrinin gücləndirilməsi və innovativ tədris metodlarının tətbiqi istiqamətində mühüm rol oynayır.
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:280
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 10 Dekabr 2024 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri