Icma.az
close
up
RU
AzMİU nun 50 illiyinə həsr olunmuş seminar keçirilib

AzMİU nun 50 illiyinə həsr olunmuş seminar keçirilib

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyi çərçivəsində “İnşaat” fakültəsinin yeni Təlim-Tədris Mərkəzində “Söküntü materiallarının təkrar istifadəsi və yol yapışdırıcılarının tətbiqinin səmərəliliyi” mövzusunda elmi seminar keçirilib. “Materialşünaslıq” kafedrasının təşkilatçılığı ilə keçirilən seminarda HOLCİM Azərbaycan şirkətinin Beton laboratoriyasının müdiri, yol infrastrukturu üzrə tanınmış ekspert İlqar Abdullayev çıxış edib.
Newscenter.az xəbər verir ki, seminarda söküntü materiallarının təkrar emalı, yol inşaatında istifadə olunan innovativ yapışdırıcı materiallar, onların tətbiq sahələri və səmərəliliyi müzakirə olunub. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur layihələrində tətbiq edilən yeni texnologiyalar və materiallar haqqında geniş məlumat verilib. Tədbir iştirakçılar arasında canlı müzakirə və diskussiya şəraitində davam etdirilib.
Seminarda AzMİU-nun Elm və İnnovasiya məsələləri üzrə prorektoru professor Nigar Aslanova və İnşaat fakültəsinin dekanı Sahib Fərzəliyev iştirak ediblər. Tədbirin sonunda “Materialşünaslıq” kafedrasının müdiri professor İradə Şirinzadə çıxış edərək seminar iştirakçılarına və HOLCİM Azərbaycan şirkətinə təşəkkürünü bildirib.
AzMİU-nun özəl sektorla əməkdaşlığı çərçivəsində keçirilən bu cür tədbirlər universitetin inşaat mühəndisliyi sahəsində müasir yanaşmaların tətbiqinə verdiyi töhfənin bariz nümunəsidir. HOLCİM Azərbaycan kimi nüfuzlu şirkətlərlə birgə seminarların təşkili, universitetin elmi potensialının sənaye ilə sintezini gücləndirərək ölkənin inşaat sektorunun inkişafına xidmət edən yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına töhfə verir.
Bu cür əməkdaşlıqlar məzunların peşəkar bilik və bacarıqlarını gücləndirməklə yanaşı, onların əmək bazarının tələblərinə uyğun hazırlığını daha da yüksəldir.
Qeyd edək ki, bu il AzMİU-nun 50, İnşaat fakültəsinin isə yaranmasının 105 ili tamam olur. İnşaat fakültəsi, AzMİU-nun akademik və elmi ənənələrinin formalaşmasında əsas sütunlardan biri olub. Məhz bu fakültə Azərbaycan inşaat sahəsində ixtisaslaşmış ali təhsilin və mühəndis kadrlarının yetişdirilməsində ilkin baza rolunu oynayıb. Fakültə yarandığı gündən ölkənin şəhərsalma və infrastruktur layihələrində əsaslı rol oynayan minlərlə peşəkar mühəndis yetişdirib.
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 31 Yanvar 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see286

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see269

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see225

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see210

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see201

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see198

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see183

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see178

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see167

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see164

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see161

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see156

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see150

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see150

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see141

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see139

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see139

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri