Icma.az
close
up
RU
AzMİU nun 50 illik yubileyi qeyd olunub

AzMİU nun 50 illik yubileyi qeyd olunub

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 18 dekabr, AZƏRTAC

Dekabrın 18-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) yaradılmasının 50 illik yubileyi münasibətilə təntənəli yığıncaq keçirilib. Bu əlamətdar tarixin qeyd olunması təkcə bir ali təhsil müəssisəsinin yarım əsrlik fəaliyyət yoluna nəzər salmaq deyil, eyni zamanda, Azərbaycanda memarlıq və inşaat təhsilinin formalaşması, milli mühəndislik məktəbinin inkişafı və dövlətçilik ənənələrinin təhsildə təcəssümünün rəmzidir.

AZƏRTAC xəbər verir ki, yubiley tədbirindən öncə AzMİU-nun rəhbərliyi, professor-müəllim heyəti və əməkdaşları Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, onun AzMİU-nun yaradılmasındakı müstəsna xidmətlərini, ali təhsil və milli kadr hazırlığı prosesinə böyük qayğısını dərin ehtiramla yad ediblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.

Universitet kollektivi daha sonra Şəhidlər xiyabanını ziyarət edib, Vətən uğrunda canını fəda edən Şəhidlərin məzarları üzərinə gül dəstələri qoyub.

Rəsmi tədbirdən öncə “Gülüstan” sarayında təşkil olunan “Təhsil və irs” sərgisinə baxış keçirilib. Sərgidə universitetin zəngin tarixi irsi, keçdiyi inkişaf mərhələləri, elmi-pedaqoji nailiyyətləri və müasir inkişaf strategiyası təqdim olunub.

Yubiley yığıncağı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Mərasimdə dövlət və hökumət rəsmiləri, deputatlar, Elm və Təhsil Nazirliyinin rəhbər şəxsləri, yerli və xarici tərəfdaş ali təhsil müəssisələrinin rəhbərləri, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri, AzMİU-nun professor-müəllim heyəti, əməkdaşları və məzunları iştirak ediblər.

Tədbirdə çıxış edən rektor memarlıq doktoru, professor Gülçöhrə Məmmədova bildirib ki, AzMİU-nun 50 illik yubileyi universitetin keçdiyi şərəfli yola, formalaşdırdığı elmi məktəbə və ölkənin sosial-iqtisadi inkişafına verdiyi töhfələrə nəzər salmaq üçün bir fürsətdir. Rektor qeyd edib ki, 50 illik yubileyin qeyd edilməsi həm də ölkəmizdə memarlıq və inşaat təhsilinin inkişafına dövlət qayğısının, milli mühəndislik məktəbinin formalaşmasına göstərilən xüsusi diqqətin bariz göstəricisidir.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasından sonra ölkəmizin hərtərəfli inkişaf dinamikasının daha da sürətləndiyini vurğulayan rektor, son illərdə təhsil sahəsində həyata keçirilən islahatlara diqqət çəkib. Təhsilin qabaqcıl beynəlxalq standartlara uyğunlaşdırılması, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi, universitet-sənaye əməkdaşlığının genişləndirilməsi, rəqəmsal və hibrid tədris modellərinin tətbiqi, eləcə də insan kapitalının inkişafına yönəlmiş məqsədyönlü siyasətin AzMİU-nun inkişafına təsirindən danışıb.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan böyük quruculuq işləri, şəhərsalmanın vüsət alması, “ağıllı şəhər”, yaşıl memarlıq, enerji effektli tikinti kimi çağdaş yanaşmalar memarlıq və inşaat təhsilinə yeni tələblər formalaşdırır. AzMİU bu çağırışlara cavab vermək üçün yenilənmiş təhsil proqramları, mütəxəssis hazırlığının yeni strukturu, gücləndirilmiş elmi baza, beynəlmiləlləşmə və rəqəmsal transformasiya istiqamətində ardıcıl addımlar atır”, - deyə professor Gülçöhrə Məmmədova əlavə edib.

Rektor çıxışında yubiley ərəfəsində AzMİU-nun seçdiyi devizə də diqqət çəkib: “Əsrə bərabər 50 il” devizini seçməyimiz təsadüfi deyil. Bu yarım əsr təkcə universitetin yaşı deyil – Azərbaycanın sürətli inkişaf yoluna verilmiş töhfələrin, minlərlə memar və mühəndisin yetişdirilməsi ilə formalaşan intellektual gücün, ölkənin quruculuq və bərpa işlərində ön sıralarda dayanmağının ifadəsidir. Eyni zamanda, bu, 1920-ci ildə yaradılmış İnşaat fakültəsindən başlayaraq toplanmış bütün təhsil təcrübəsinin və nailiyyətlərin universitetin bünövrəsini təşkil etməsinin göstəricisidir”.

Professor Gülçöhrə Məmmədova, 50 il ərzində universitetdən 70 mindən çox memar, inşaat, nəqliyyat, hidrotexniki və meliorativ tikinti mühəndisi məzun olduğunu deyib: “Respublikanın, demək olar ki, bütün iri tikinti layihələrində, şəhərsalma planlaşdırılmasında, mühəndis-kommunikasiya sistemlərinin quraşdırılmasında AzMİU məzunlarının imzası var. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda aparılan geniş quruculuq işlərinin əsas icraçıları, layihə rəhbərləri, sahə mühəndisləri də məhz bizim məzunlardır. Bu fakt bir daha sübut edir ki, AzMİU yalnız təhsil müəssisəsi deyil, ölkənin inkişaf strategiyasının həyata keçirilməsində rolu olan milli intellekt mərkəzidir”.

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında Azərbaycan Memarlıq və İnşaat Universitetinin ölkənin mühəndislik və memarlıq potensialının formalaşmasında aparıcı ali təhsil ocaqlarından biri kimi mühüm rol oynadığını vurğulayıb. Nazir qeyd edib ki, universitetin çoxillik elmi-pedaqoji ənənələri, müasir əmək bazarının tələblərinə uyğun kadr hazırlığı və innovativ yanaşmaları AzMİU-nu ölkənin strateji təhsil mərkəzlərindən birinə çevirib.

Bildirilib ki, AzMİU-da həyata keçirilən təhsil islahatları, beynəlxalq akkreditasiyalar və xarici ali məktəblərlə qurulan əməkdaşlıqlar universitetin qlobal ali təhsil məkanında mövqeyinin möhkəmlənməsinə xidmət edir. Nazir beynəlxalq reytinqlərdə əldə olunan nəticələrin məqsədyönlü fəaliyyətin göstəricisi olduğunu, bu nailiyyətlərin həm akademik keyfiyyətin yüksəldilməsi, həm də elmi tədqiqatların genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Emin Əmrullayev AzMİU-da rəqəmsal transformasiya sahəsində görülən işləri yüksək qiymətləndirib, tədris prosesində müasir rəqəmsal platformaların tətbiqi, elektron resursların genişləndirilməsi və idarəetmədə innovativ həllərin universitetin dayanıqlı inkişafına mühüm töhfə verdiyini bildirib. Vurğulayıb ki, bu istiqamətdə atılan addımlar tələbələrin bilik və bacarıqlarının artırılmasına, təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Nazir sonda AzMİU kollektivinə fəaliyyətlərində uğurlar arzulayıb, universitetin ölkənin sosial-iqtisadi inkişafına, mühəndis və memarlıq sahələrində peşəkar kadr potensialının gücləndirilməsinə bundan sonra da əhəmiyyətli töhfələr verəcəyinə əminliyini ifadə edib.

Daha sonra AzMİU-nun 50 illik inkişaf yolunu, elmi-pedaqoji nailiyyətlərini və gələcək strateji hədəflərini əks etdirən təqdimat filmi nümayiş etdirilib.

Rəsmi hissənin davamında yubiley münasibətilə universiteti təbrik edən qonaqlar çıxış edib, Azərbaycan Memarlıq və İnşaat Universitetinin ötən illər ərzində qazandığı zəngin təcrübə və formalaşdırdığı güclü elmi-tədris mühiti barədə ətraflı söz açıblar. Qonaqlar universitetin milli ali təhsil sistemində tutduğu mövqeyi yüksək qiymətləndiriblər.

AzMİU-nun 50 illik yubileyinin qeyd edilməsi universitetin tarixində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, Azərbaycanın mühəndislik, memarlıq və dizayn təhsilinin gələcək inkişafı üçün möhkəm təməl yaradır. Bu yubiley ölkənin insan kapitalının inkişafına yönəlmiş dövlət siyasətinə verilən töhfənin və AzMİU-nun milli intellekt mərkəzi kimi rolunun bir daha təsdiqidir.

-1 / 14

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Dekabr 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see350

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see340

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see331

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see322

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see317

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see311

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see303

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see292

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see285

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see281

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see254

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see238

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see234

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see225

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see222

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see217

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see193

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see190

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri