Icma.az
close
up
RU
Heydər Əliyevə həsr olunmuş seminar keçirilib

Heydər Əliyevə həsr olunmuş seminar keçirilib

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Nəsimi Rayon İcra Hakimiyyəti (RİH) tərəfindən Ulu Öndərin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və dövlətçilik dəyərləri: hüquqi irs və milli suverenlik" mövzusunda seminar keçirilib.
Newscenter.az xəbər verir ki, “Konstitusiya və Suverenlik ili” çərçivəsində keçirilən seminarda Azərbaycan Respublikası Prezidenti Katibliyinin sabiq rəisi, 1-ci dərəcə dövlət müşaviri, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə, Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar elm xadimi Vaqif Şadlinski, Nəsimi RİH başçısının müavini Gülarə Verdiyeva, Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov, BŞTİ-nin sektor müdiri Günay Qurbanova, ümumi təhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və şagirdlər iştirak ediblər.
İştirakçılar əvvəlcə Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, BŞTİ-nin tabeliyində olan Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin rəsmlərindən ibarət sərgiyə baxış keçiriliblər.
Seminar Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Azərbaycan Respublikası Prezidenti Katibliyinin sabiq rəisi, 1-ci dərəcə dövlət müşaviri D.Seyidzadə, Nəsimi rayon Ağsaqqallar Şurasının sədri V.Şadlinski Heydər Əliyevin Azərbaycan tarixindəki yeri və mövqeyinin, müstəqil dövlətimiz və xalqımız qarşısındakı tarixi xidmətlərinin gənc nəslə aşılanması istiqamətində bu cür seminarların təşkilini müsbət qiymətləndirib, dahi şəxsiyyətin həyatı, fəaliyyəti, mübarizəsi və idealları barədə şagirdlərin maarifləndirilməsinin vacibliyini qeyd ediblər. Heydər Əliyev irsinin öyrənilməsinin, onun təbliğinin gənc nəslin təlim-tərbiyəsində xüsusi rol oynadığını vurğulayan çıxışçılar Azərbaycan gəncliyinin həyatımızın bütün sahələrində aktiv fəaliyyəti ilə seçildiyini bildiriblər.
Seminarda 2 və 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin ifasında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
Daha sonra seminar iştirakçıları məktəbliləri düşündürən sualları cavablandırıblar.
Ruhiyyə Mehdiyeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 28 Aprel 2025 22:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see280

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see263

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see262

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see252

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see231

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see226

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see202

Şoyqu İrəvanı Rusiya biznesini ələ keçirməkdə ittiham edib

17 Sentyabr 2026 15:46see199

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see193

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see193

Azərbaycanda mənzil almaq niyə əlçatmaz olub? REAL SƏBƏBLƏR

17 Sentyabr 2026 18:10see193

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi VİDEO

17 Sentyabr 2026 18:50see187

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see184

Cennifer Lopez 18 milyon dollarlıq evini nümayiş etdirdi

17 Sentyabr 2026 05:22see184

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see183

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see178

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see178

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see173

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see170

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri