Icma.az
close
up
RU
AzMİU Türkiyənin bu universiteti ilə əməkdaşlığa başlayır FOTOLAR

AzMİU Türkiyənin bu universiteti ilə əməkdaşlığa başlayır FOTOLAR

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Fizika və Kimya kafedrasının müdiri professor Adil Abdullayev və kafedranın müəllimi Rəna Xankişiyeva 1-6 dekabr tarixlərində Türkiyənin Yıldız Texniki Universitetində (YTU) təcrübə mübadiləsində olublar.

"Unikal" xəbər verir ki, AzMİU-nun əməkdaşları YTU-nun Fen Ədəbiyyat fakültəsinin dekanı professor Salim Yüce, Fizika bölümünün rəhbəri professor Zeynep Güven Özdemir, Kimya bölümünün rəhbəri professor Ali Erdoğmuş və universitetin dəyərli alimləri ilə görüşlər keçirib. Görüşlərdə YTU-də tədrisin təşkili, elmi-tədqiqat sahəsindəki nailiyyətləri təqdim edilib. Laboratoriya dərslərinin keçirilməsi, təhlükəsizlik qaydaları, dərs proqramları, dərsliklər və laboratoriya kitabları ilə bağlı ətraflı məlumat verilib.

Bu proqram çərçivəsində YTU-nin Fen Ədəbiyyat fakültəsinin Fizika və Kimya bölümlərində müasir elmi-tədqiqat laboratoriyaları ilə tanışlıq və AzMİU ilə birgə əməkdaşlıq imkanlarının müzakirəsi aparılıb. Professor Adil Abdullayev YTU-də təşkil olunan elmi seminarda “Radiasiya təsirinə məruz qalmış A3 B3 C26   qruplu birləşmələrdə relaksasiya proseslərinin xüsusiyyətləri” və “Amorf quruluşlu metallar” mövzularında təqdimatlarla çıxış edib. Təqdimatlar geniş elmi auditoriya tərəfindən böyük maraqla qarşılanıb və mövzular ətrafında aktiv müzakirələr aparılıb.

Diskussiyalar zamanı relaksasiya proseslərinin yeni tədqiqat yanaşmaları, amorf materialların sənayedə tətbiq imkanları kimi aktual məsələlər müzakirə olunub. Seminarda iştirak edən mütəxəssislər arasında qarşılıqlı fikir mübadiləsi nəticəsində birgə tədqiqat layihələrinin icrası və gələcək əməkdaşlıq üçün konkret addımların atılması planlaşdırılıb. 

Rəna Xankişiyeva isə Kimya bölümünün nəzdində Fiziki-Kimya Tədqiqat Laboratoriyasının rəhbəri professor Tarık Eren ilə əməkdaşlıq barədə söhbət aparıb. Görüş zamanı, poliuretan tullantıları əsasında yeni rezin kompozitlərinin və bioplastiklərin hazırlanması üzrə iki beynəlxalq tədqiqat layihəsinin icrası razılaşdırılıb. Eyni zamanda Tarık Eren, Rəna Xankişiyevanın elmlər doktorluğu dissertasiyasına elmi məsləhətçi kimi qoşularaq birgə tədqiqat işlərinə start veriblər.

Universitet təmsilçilərimiz, eyni zamanda YTU-nin rektoru professor Eyüp Debik, inzibati heyət və fakültə əməkdaşlarının iştirak etdiyi Akademik Şura iclasına dəvət alıblar. İclasda Fən Ədəbiyyatı fakültəsinin 2024/2025-ci tədris ili üzrə hesabatı dinlənilib. İclasda fakültənin inkişaf perspektivləri, tədris proqramlarında edilən yeniliklər və tələbələr üçün təqdim olunan yeni imkanlar müzakirə olunub. 

Qeyd edək ki, əməkdaşlarımızın bu cür təcrübə proqramlarında iştirakı AzMİU-nun beynəlxalq akademik əlaqələrinin gücləndirilməsi və innovativ tədris metodlarının tətbiqi istiqamətində mühüm rol oynayır. 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://unikal.az
archiveBu xəbər 10 Dekabr 2024 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri