Azov dənizində nadir görüntü FOTO
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azov dənizində çəkilmiş bir görüntü maraq doğurub.
Globalinfo.az xəbər verir ki, bu barədə “More zovet” Teleqram kanalı foto paylaşıb.
Fotonun Krasnodar diyarının Golubitskaya kəndi istiqamətində çəkildiyi deyilir. Bildirilir ki, kadrda balıqçı gəmisi suyun üzərində olsa da, üfüqdə havada üzür kimi görünür.
Müəllifi fotoya şərhində “Bizim gəmilər belə havada uçur” yazıb.
Qeyd edilir ki, bu nadir görüntü “fata-morqana” adlanan optik illüziyadır. Nadir görünən optik fenomen bəzən üfüqdə müşahidə edilir. Bu zaman müxtəlif temperaturlu hava qatları xüsusi linza rolunu oynayır, uzaqdakı obyektləri əyərək və qıraraq görünüşünü dəyişdirir. Nəticədə bir gəmi yerinə bir neçə gəmi görünür və onlar dənizdə deyil, havada üzür kimi təsəvvür olunur.
Safura Bənnayeva
Globalinfo.z


