“Azpul”a qarşı dələduzluq edildi
Pravda.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bank olmayan kredit təşkilatı “Azpul” MMC-yə qarşı dələduzluq edilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Rüfət Məmmədov adlı şəxsin MMC-nin pulunu dələduzluq yolu ilə ələ keçirdiyi bildirilir.
Onun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb və toplanan iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib.
Rüfət Məmmədovun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (Dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Kamal Məmmədov

