Icma.az
close
up
RU
İstidə yeyilməməli qidalar açıqlandı: Dondurma və limonad siyahıdadır

İstidə yeyilməməli qidalar açıqlandı: Dondurma və limonad siyahıdadır

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yay aylarında bir çox insan soyuq yeməklərə üstünlük verir, isti yeməklərdən isə uzaq durur. Lakin bu yanaşma sağlamlığa - xüsusilə qastrit, xora xəstəliyi, pankreatit və xolesistit kimi mədə-bağırsaq traktının xroniki xəstəliklərindən əziyyət çəkən şəxslərə zərər verə bilər.

Oxu.Az bildirir ki, bu barədə "SM-Klinika"nın həkim-qastroenteroloqu Yevgeniya Melnikova gazeta.ru-ya müsahibəsində xəbərdarlıq edib.

O qeyd edib ki, xüsusilə istidə bir çoxlarının sevdiyi dondurma qəlyanaltı kimi tövsiyə olunmur.

"Yüksəkkalorili, yağlı və şəkərli olan bu məhsul həzm sistemini yükləməklə yanaşı, pis həzm olunur, yuxarı tənəffüs yollarının selikli qişasını soyudur, damar spazmına və nəticədə kəskin respirator xəstəliklərin (KRX) yaranmasına səbəb ola bilər", - deyə Melnikova qeyd edib.

Onun sözlərinə görə, süd kokteyli, kvas və ya limonad kimi içkilərlə sərinləmək də düzgün seçim deyil.

"Bu şirin içkilər sadəcə susuzluğu daha da artıracaq və istiliyi bədəndə saxlayacaq. Çünki bu cür içkilər normal tərləməyə mane olur və susuzlaşma riskini yüksəldir. Şübhəsiz ki, yayda orqanizm daha çox mayeyə ehtiyac duyur, çünki tər vasitəsilə maye itkisi artır. Amma bu ehtiyac düzgün şəkildə ödənilməlidir - adi su, çay, kompot və mors kimi içkilərə üstünlük verilməlidir", - deyə həkim bildirib.

Qastroenteroloq əlavə edib ki, yay mövsümü təkcə piknik və məzuniyyət dövrü deyil, eyni zamanda qida toksikoinfeksiyalarının da artdığı bir vaxtdır. Buna görə də səyahət zamanı tez xarab olan məhsullardan - süd, kəsmik, qaymaq, yumurta, kolbasa, konservlər, mayonezli salatlar, kremli pirojnalardan istifadə etməmək tövsiyə olunur.

"Yüksək temperatur belə qida məhsullarında patogen bakteriyaların sürətlə çoxalmasına şərait yaradır. Nəticədə ürəkbulanma, qusma, ishal, qarında ağrılar və bədən temperaturunun yüksəlməsi müşahidə oluna bilər. Səfər zamanı bu cür xoşagəlməz hallardan qaçmaq üçün sadə qidalanma qaydalarına əməl edin: quru qəlyanaltılar (peçenye, kreker); butulkanın qapağı açılmamış içməli su; şəxsi gigiyenaya riayət (yeməkdən əvvəl əllərin yuyulması); qidaların 80-100 dərəcədə termiki emalı; məhsulların saxlanma müddətinə və temperaturuna nəzarət edilməlidir", - deyə mütəxəssis tövsiyə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 İyun 2025 07:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri