Icma.az
close
up
RU
AzQAC “Qadın və uşaqların sağlamlığının qorunması” mövzusunda humanitar aksiya keçirdi FOTOLAR

AzQAC “Qadın və uşaqların sağlamlığının qorunması” mövzusunda humanitar aksiya keçirdi FOTOLAR

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2025-ci ilin  mayın 22-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş ofisində AzQAC-ın 105 illik Yubileyinə həsr edilmiş humanitar aksiya keçirilib.

Globalinfo.az bildirir ki, aksiya AzQAC-ın Sağlamlıq və Qayğı həmçinin, Miqrasiya şöbələrinin birgə əməkdaşlığı və Cəmiyyətlə əməkdaşlıq edən “Güvən dayə” xidməti MMC, “Bella gigiyenik baxım ləvazimatları” şirkətinin dəstəyi nəticəsində baş tutub. Tədbirin əsas məqsədi miqrant ailələrindən  olan qadınların, uşaqların maarifləndirilməsi və tibbi müayinəsi olmuşdur.

Tədbirdə 30 nəfər qadın və 23 uşaq iştirak edib. AzQAC-ın  Sağlamlıq və Qayğı şöbəsinin müdiri Səbinə Məhbubi-İran tədbir iştirakçılarını salamlayaraq tədbirin əsas mahiyyətini açıqlayıb. AzQAC-n “İcmaya əsaslanan sağlamlıq” proqramının mütəxəssisi Mətanət Qaraxanova “Qadın və uşaqların sağlamlığının qorunması” ilə bağlı məlumatları təqdim edib. AzQAC-ın  miqrasiya şöbəsinin mütəxəssisi Sona Hacıyeva Cəmiyyətin miqrant ailələrinə mütamadi  dəstəklə bağlı fəaliyyətlər barədə çıxış edib.  Sonra isə maarifləndirmə çərçivəsində, “Qadın və gənc qızların iş təcrübəsinə dəstək”, “Qadın və qızların gigiyenası” mövzularına  aid məlumatlar təqdim edilib.

Tədbirin ikinci hissəsində isə AzQAC-ın   könüllü sağlamlıq işçiləri pediatrlardan H.Ələvsərova, İ.Rüstəmbəyli, S.Bağırova, V.Əliyeva, G.Nəcəfova, S.Məmmədova, S.Bağırova və tibb bacısı M.İsrafilova  tərəfindən tədbir iştirakçıları arasında müayinələr həyata keçirilib.  Bununla yanaşı iştirakçılar arasında onların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə  ÜST-nın Sağlamlıq sorğusu (PHQ-9), Beynəlxalq Uşağın inkişafının dəstəklənməsi və izlənməsinə dair (İDİR) və UAFA-nın uşaq inkişafına dair sorğuları əsasında iş aparılıb. Müayinənin və aparılan qiymətləndirmələrin nəticəsində aşkar olunmuş problemlərə dair iştirakçılara  lazımi tövsiyələr verilməsi ilə yanaşı, onlara əlavə laborator müayinələr üçün tibb müəsssisələrinə  müraciət edərək  əlavə konsultasiyanın alınması tövsiyə olunub.

Tədbir geniş şəkildə AzQAC-in informasiya şöbəsi tərəfindən işıqlandırılıb. İştirakçılar tədbirin təşkilatçılarına öz təşəkkürünü bildiriblər. Sonda hər ailəyə “Friso Gold”-dan və “Seni” təşkilatlarından təqdim olunan hədiyyələr paylanılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 May 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri