Icma.az
close
up
RU
“Stresin qadın həyatına təsiri” mövzusunda tədbir keçirildi FOTOLAR

“Stresin qadın həyatına təsiri” mövzusunda tədbir keçirildi FOTOLAR

Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

6 mart 2025-ci il tarixində Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) və "INSUN” Yaşam Mərkəzinin birgə təşkilatçılığı ilə qadınların psixoloji sağlamlığını dəstəkləməyə yönəlmiş "Stresin qadın həyatına təsiri” mövzusunda maarifləndirici tədbir baş tutub.

Tədbirin məqsədi qadınların emosional rifahını gücləndirmək, stresin mənşəyini və onun həyatımıza təsirini anlamaq, eləcə də effektiv mübarizə üsulları ilə tanış olmaqdır. 

Tədbirin açılışında çıxış edən "INSUN” Yaşam Mərkəzinin təsisçisi Nigar Ələsgərova insan həyatında psixoloji balansın və emosional tarazlığın vacibliyini vurğulayıb. O qeyd edib ki, müasir dünyanın sürətli ritmi qadınların psixoloji yükünü artırır və onların öz daxili güclərini kəşf etməsinə, streslə sağlam mübarizə aparmasına dəstək olmaq vacibdir. 

Daha sonra Həkim, Klinik Psixoloq Xədicə Həbibullayeva stresin insan psixikasına və ümumi həyat keyfiyyətinə təsirindən danışaraq onunla effektiv mübarizə yollarını izah edib. O, iştirakçılara keçmiş təcrübələrini dərk etməyə və emosional blokları aşmağa kömək edən hipnoterapiya texnikalarını tətbiq edib. Bu praktika vasitəsilə iştirakçılar öz daxili dünyalarına səyahət edərək uşaqlıq dövrlərinə qayıdıb və travmatik təcrübələrin köklərini anlamağa çalışıblar. 

Tədbirin növbəti hissəsində Psixoloq, Gestalt Terapevt Fuad Sofizadə qrup terapiyası keçirib və iştirakçıları öz hisslərini açıq şəkildə ifadə etməyə təşviq edib. O vurğulayıb ki, insanlar çox vaxt tək olduqlarını düşünürlər, lakin bu cür terapiya formatı onların əslində ortaq emosional təcrübələri bölüşdüyünü göstərir. 

Tədbir interaktiv şəkildə davam edib və iştirakçılar stressin idarə olunması ilə bağlı dəyərli biliklər qazanıblar. Onlar müxtəlif praktik texnikaları sınaqdan keçirərək emosional tarazlıqlarını qorumağın, daxili rahatlığa qovuşmağın və gündəlik həyatın gərginliyini daha effektiv şəkildə idarə etməyin yollarını öyrəniblər. 

Qeyd edək ki, bu önəmli tədbirdə müxtəlif sahələrdə çalışan 20 xanım iştirak edib.

ATİB və "INSUN” Yaşam Mərkəzi gələcəkdə də psixoloji rifahın qorunmasına və sahibkarların emosional gücünün artırılmasına xidmət edən maarifləndirici tədbirlər keçirməyi planlaşdırır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 07 Mart 2025 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see293

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see269

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see199

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see196

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see142

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see141

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see140

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see138

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see135

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri