Icma.az
close
up
RU
AZSTAND ın nümayəndə heyəti ISO nun illik toplantısında iştirak edib

AZSTAND ın nümayəndə heyəti ISO nun illik toplantısında iştirak edib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 15 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndə heyəti Ruanda Respublikasının paytaxtı Kiqali şəhərində keçirilən Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) illik toplantısında iştirak edib.

AZSTAND-dan AZƏRTAC-a bildirilib ki, Ruanda Standartlar Şurası (RSB) tərəfindən təşkil edilən toplantı çərçivəsində ISO-nun 47-ci Baş Assambleyası, o cümlədən İnkişaf etməkdə olan ölkələr üzrə Komitəsinin (ISO DEVCO) 59-cu plenar iclası, 2026-2028-ci illər üzrə ISO Şurasına (ISO Council) üzvlərin seçilməsi və digər tədbirlər keçirilib. Bu qlobal toplantının məqsədi beynəlxalq standartlar vasitəsilə daha inklüziv, dayanıqlı və möhkəm gələcək qurmağa çalışan liderləri və yenilikçiləri bir araya gətirməkdən ibarətdir.

DEVCO iclası çərçivəsində təşkilatın Məsləhət Qrupunun hesabatı, 2026-2030-cu illər üzrə inkişaf etməkdə olan ölkələr üçün fəaliyyət planı və digər mövzular müzakirə edilib. Həmçinin Mikro, Kiçik və Orta Müəssisələrin (MSMEs) nümayəndələri ilə standartların faydalarına dair dəyirmi masa təşkil olunub.

Bundan əlavə, AZSTAND “ISO Yaxşı Standartlaşdırma Təcrübələri” təlimində iştirakına və göstərdiyi nəticələrə görə mükafatlandırılıb. Toplantı zamanı keçirilən sesiyalarda “Тəsir üçün birləşmə” şüarı altında biomüxtəliflik, rəqəmsal təkamül, süni intellekt, gender bərabərliyi və digər mövzularda standartların hazırlanması və əhəmiyyəti barədə müzakirələr aparılıb. Bununla yanaşı, ISO 17298 -Təşkilatlar üçün Biomüxtəliflik: Təlimat və tələblər, təşkilatlara biomüxtəlifliyi öz strategiya və əməliyyatlarına daxil etməyə kömək edən ilk beynəlxalq standartın təqdimatı keçirilib.

Avropa və Mərkəzi Asiya regionu üzrə forum zamanı ISO üzvlərinə dayanıqlı dəstəyin təmin edilməsi və regional standartlaşdırma təşkilatları ilə tərəfdaşlığın gücləndirilməsinə xidmət edən Regional İştirak Siyasəti müzakirə edilib, qrup müzakirələrinin biri AZSTAND nümayəndə heyəti tərəfindən aparılıb.

Eyni zamanda Beynəlxalq Standartlaşdırma Təşkilatı, Beynəlxalq Elektrotexniki Komissiyası (IEC), eləcə də Türkiyə, Çin və digər ölkələrin standartlaşdırma qurumlarının, Amerika Test Materialları Cəmiyyətinin (ASTM) nümayəndələri ilə, o cümlədən ISO COPOLCO (İstehlakçı Siyasət Komitəsi) və ISO CASCO-nun (Uyğunluğun Qiymətləndirilməsi Komitəsi) sədr və katibi ilə ikitərəfli görüşlər keçirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Oktyabr 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri