Icma.az
close
up
RU
AZSTAND ın nümayəndəsi COP30 çərçivəsində beynəlxalq panel sessiyalarında iştirak edib

AZSTAND ın nümayəndəsi COP30 çərçivəsində beynəlxalq panel sessiyalarında iştirak edib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 21 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) baş direktorunun müavini, baş direktor vəzifəsini müvəqqəti icra edən Kəmalə Məmmədzadə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 30-cu Tərəflər Konfransının (COP30) “Mavi Zona”sında yerləşən Standartlar Pavilyonunda Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO), Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilat (OIML), İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMIIC) tərəfindən təşkil olunan panel sessiyalarında, həmçinin biomüxtəliflik, dairəvi iqtisadiyyat, iqlim təsiri üçün ekoloji məlumatlar mövzularında keçirilən müzakirələrdə iştirak edib.

AZSTAND-dan AZƏRTAC-a bildirilib ki, ISO tərəfindən keçirilən “İqlimə adaptasiya: standartlar vasitəsilə dayanıqlı gələcək” adlı seminarın əsas məqsədi iqlim dəyişikliyi ilə üzləşən ölkələrin ehtiyaclarını və qarşılaşdıqları çətinlikləri müəyyənləşdirmək, həmçinin bu sahədə əldə edilmiş təcrübələri və tətbiq edilən innovativ yanaşmaları bölüşmək olub. Beynəlxalq və milli standartlaşdırma qurumlarının, dövlət və özəl sektor nümayəndələrinin, eləcə də elm və sənaye təmsilçilərinin iştirak etdiyi tədbirdə iqlim dəyişikliyinə adaptasiya və bu sahədə atılacaq növbəti addımlar müzakirə edilib. ISO-nun müxtəlif standartlar və alətlər vasitəsilə iqlim dəyişikliyinin təsirlərinin azaldılması və dayanıqlı gələcəyin qurulmasına dair praktiki həllərinə diqqət çəkilən sessiyada iqlim dəyişikliyinə qarşı mübarizədə daha dayanıqlı və effektiv yanaşmaların tətbiqi istiqamətində birgə səylərin artırılması üçün geniş əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

OIML tərəfindən təşkil olunan “Təhlükəsiz və dayanıqlı qida zəncirini təmin edən ölçmələr” mövzusunda panel sessiyasında milli və beynəlxalq ekspertlər ölçmələrin və beynəlxalq standartların qida zəncirinin təhlükəsizliyi və davamlılığındakı rolunu vurğulayıblar. Qida istehsalı, emalı və ticarətinin müxtəlif mərhələlərində mövcud çətinliklər müzakirə olunub, həmçinin milli, regional və beynəlxalq standartların ticarət maneələrininin azaldılması, istehlakçıların hüquqlarının müdafiəsi, eləcə də etimadın yaradılmasına verdiyi töhfələrə diqqət çəkilib.

SMIIC-in təşkilatçılığı ilə keçirilən “SMIIC prinsiplərinin dayanıqlı su idarəetmə standartlarına inteqrasiyası” adlı panel sessiyasında isə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin su çatışmazlığı, içməli və suvarma suyunun keyfiyyəti, həmçinin iqlim dəyişikliyinin yaratdığı nəticələr və bu sahənin idarə olunması ilə bağlı artan çətinliklər müzakirə olunub. Sessiyada su idarəetmə sistemləri üçün SMIIC prinsiplərinə uyğun vahid standartların hazırlanmasının BMT-nin “Təmiz su və sanitariya” üzrə 6-cı Dayanıqlı İnkişaf Məqsədinin (SDG 6) dəstəklənməsində strateji rol oynayacağı vurğulanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri