Icma.az
close
up
RU
AZSTAND ın nümayəndə heyəti Parisdə ISO nun illik toplantısında iştirak edib

AZSTAND ın nümayəndə heyəti Parisdə ISO nun illik toplantısında iştirak edib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 5 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndə heyəti Paris şəhərində keçirilən Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) illik toplantısında iştirak edib.

Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, Fransa Standartlaşdırma Assosiasiyası (AFNOR) tərəfindən təşkil olunan toplantı çərçivəsində ISO-nun 48-ci Baş Assambleyası, o cümlədən İnkişaf etməkdə olan ölkələr üzrə Komitəsinin (ISO DEVCO) 60-cı plenar iclası, 2027-2029-cu illər üzrə ISO Şurasına (ISO Council) üzvlərin seçilməsi və digər tədbirlər keçirilib.

DEVCO iclası çərçivəsində “İnkişaf etməkdə olan ölkələr üçün 2021-2025-ci illər üzrə Fəaliyyət Planı”nın (APDC4) nəticələrinə həsr olunan panel sessiyası təşkil edilib. Sessiyada AZSTAND-ın baş direktoru vəzifəsini icra edən Kəmalə Məmmədzadə spiker qismində çıxış edərək insitutun APDC4-ün layihələrində fəal iştirakından, bu layihələrin yaratdığı imkanlardan və əldə olunan nəticələrdən bəhs edib.

Bundan əlavə, AZSTAND ISO-nun “Uyğunluğun qiymətləndirilməsinin əsasları və CASCO alətlər toplusu” üzrə onlayn təlim kursunda fəal iştirakına görə mükafatlandırılıb.

Toplantı çərçivəsində keçirilən sessiyalarda “Dəyişən dünyada etimadın yaradılması” şüarı altında kibertəhlükəsizlik, iqlim dəyişikliyi, süni intellekt, rəqəmsal mühitdə istehlakçıların təhlükəsizliyi, su ehtiyatlarından davamlı istifadə, rəhbər vəzifələrdə qadınların təmsilçiliyi və digər aktual məsələlər üzrə standartların hazırlanması və tətbiqinin əhəmiyyəti müzakirə olunub.

Bununla yanaşı, Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə əməkdaşlıq çərçivəsində hazırlanmış və təşkilatların Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) töhfələrinin idarə edilməsinə dair dünyada ilk beynəlxalq standart olan ISO/UNDP 53001:2026 “Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üçün İdarəetmə Sistemləri – Tələblər” standartının təqdimatı keçirilib.

AZSTAND-ın nümayəndə heyəti həmçinin ISO-ya üzv qurumların rəhbərləri və yüksək vəzifəli şəxslərinin bir araya gəldiyi biznes modeli transformasiyasının praktiki reallıqlarına həsr olunmuş interaktiv seminarda, eləcə də regional prioritetlərin müzakirəsi və təcrübə mübadiləsinin aparılması məqsədilə təşkil olunan Avropa və Mərkəzi Asiya aylıq regional Forumunda iştirak ediblər.

Toplantı zamanı, həmçinin Amerika Test və Materiallar Cəmiyyəti (ASTM International) ilə görüş keçirilib. Görüşdə iki qurum arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində görülən işlər nəzərdən keçirilib, gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib. Eyni zamanda, “ASTM International”ın Azərbaycanla tərəfdaşlığının 10 illik yubileyi qeyd edilib, ötən dövr ərzində həyata keçirilən birgə fəaliyyətin əhəmiyyəti vurğulanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Oktyabr 2026 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see373

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see335

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see293

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see269

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see266

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see257

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see246

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see239

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see238

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see225

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see219

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see217

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see214

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see211

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see210

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see206

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see206

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see200

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see199

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri