Icma.az
close
up
RU
Aztelekom internet qiymətini endirəcək? “Aylıq 100 milyon gəlir əldə edir” Ekspert

Aztelekom internet qiymətini endirəcək? “Aylıq 100 milyon gəlir əldə edir” Ekspert

Tribuna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bazarda dövlətə məxsus Aztelekom-un hökmran mövqeyi formalaşıb. Aylıq 100 milyon manatdan çox gəlir əldə edir. Ona görə də, Aztelekom minimal tarifləri aşağı salmalı, bölgələr üçün fərqli, daha münasib seçim imkanları təqdim etməlidir. Hazırda cəmiyyətin gözlədiyi məhz internet qiymətinin endirilməsidir.

Tribunainfio.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz ötən ildən qaldırılan internet qiyməti və əhaliyə heç bir alternativin təqdim edilməməsi barədə danışarkən deyib. O.Gündüz bildirib ki, ötən ildən hər kəs, 5-10 min maaş alan da, 320 manat pensiya alan da eyni 25 manatı ödəyir:

“2024-cü ilin 15 avqust tarixində dövlət provayderi Aztelekom-un təşəbbüsü ilə ölkədə fəaliyyət göstərən bütün internet provayderləri eyni gündə və eyni qərarla minimal tarifləri 50% artıraraq 25 manat səviyyəsində müəyyən etdilər.

Antiinhisar həmin vaxt bu qərarı “kartel sövdələşməsi və seçim hüququnun məhdudlaşdırılması” kimi qiymətləndirərək araşdırma başladığını açıqlamışdı.

Amma indiyədək bu araşdırmanın nəticəsi ictimaiyyətə açıqlanmayıb.

Bu gün də vəziyyət dəyişməyib.

İstər pensiya alan, istərsə də özəldə və dövlət qurumunda yüksək maaşla çalışanlar – hər kəs eyni tariflə, 25 manatla internetə çıxış əldə edir. Heç bir alternativ seçim imkanı təqdim olunmur.

Təsəvvür edin ki, regionlarda 320-400 manat minimal əməkhaqqı və minimal pensiya alan vətəndaşlar gəlirlərinin 7–8%-ni internetə ödəyirlər. Dünyanın heç yerində belə göstərici yoxdur.

Ən paradoksal məqam isə budur: bu qiymət artımına qərar verən şəxslər – 5-10 min manat maaş alanlar – gəlirlərinin cəmi 0.2–0.5%-ni internetə xərcləyirlər.

İndi mən tənzimləyici olan İKTA-ya, Aztelekom-un yeni sahibi olan AZCON-a və nəhayət hökumətə müraciət edirəm, bu qədər açıq-aşkar ədalətsizliyə nə ad vermək olar ?

BMT-nin yeni tələblərinə əsasən, internetə çıxış insanların fundamental hüququ kimi tanınır. Bu, hansısa bir lüks deyil.

Əgər bölgələrə, sosial təbəqələrə və real tələbatlara uyğun tarif modelləri təqdim olunmazsa, rəqəmsal bərabərlikdən danışmaq mümkün olmayacaq.
Rəqəmsal transformasiyanı sürətləndirmək, rəqəmsal xidmətlərə əlçatanlığı artırmaq və xüsusilə regionlarda yaşayan vətəndaşlara yeni imkanlar yaratmaq üçün onlayn çıxışın genişləndirilməsi vacibdir”.

O.Gündüz əlavə edib ki, bazarda dövlətə məxsus Aztelekom-un hökmran mövqeyi formalaşıb:

“Bu gün AZCON Holdinq tərkibində aylıq 100 milyon manatdan çox gəlir əldə edən ən böyük oyunçu da məhz Aztelekom-dur.

Ona görə də, ilk addımı dövlət, AZCON tərkibində olan Aztelekom atmalıdır. İlk olaraq Aztelekom minimal tarifləri aşağı salmalı, bölgələr üçün fərqli, daha münasib seçim imkanları təqdim etməlidir.

Hazırda cəmiyyətin gözləntisi də məhz budur”.

Gülşən Rəsul

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 26 Sentyabr 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see696

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see537

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see486

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see355

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see338

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see289

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see275

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see269

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see256

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see233

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see229

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see228

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see228

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see215

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see215

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see209

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see192

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see188

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see186

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri