Icma.az
close
up
RU
“Aztelekom” rabitə bazarında dominant oyunçuya çevrilir İslahat, yoxsa inhisarlaşma?

“Aztelekom” rabitə bazarında dominant oyunçuya çevrilir İslahat, yoxsa inhisarlaşma?

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Azərbaycan hökuməti uzun müddət müzakirə olunan və bir sıra tənzimləyici əngəllərlə üzləşən islahata imza atıb -“Aztelekom” yalnız “Baktelekom”la deyil, həm də “AzEuroTel”, “Gəncə və Sumqayıt Telekom”, “Azərrabitəlayihə” və “Beynəlxalq ATS” kimi qurumlarla birləşdirilib.

Bu qərarla illərdir “Baktelekom”la birləşmək üçün çalışan “Aztelekom”u ölkənin telekommunikasiya bazarında dominant oyunçuya çevrilib.

Azərbaycan İnternet Forumunun (AİF) rəhbəri Osman Gündüz bu addımı müəyyən şərtlərlə uğurlu hesab edir. Onun fikrincə, təbii inhisarçıların vahid bir dövlət qurumu altında birləşdirilməsi daha çevik idarəetmə, investisiyalardan səmərəli istifadə və optimallaşma baxımından faydalı ola bilər: “Yəni bir neçə təbii inhisarçı ilə vuruşmaqdansa, biri ilə vuruşmaq prinsipcə ağlabatandır. Həm də bu, şəffaflıq baxımından da müsbət dəyərləndirilə bilər”.

Ekspert son illərdə Rabitə, İnformasiya və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində olan “Aztelekom”da şəffaflıq və hesabatlılıq baxımından irəliləyişlər olduğunu vurğulasa da, əsas problemlərin hələ də həll edilmədiyini bildirir. Məsələn, “Aztelekom”un təqdim etdiyi internet paketlərində vətəndaşların real tələbatlarına uyğun sürət və qiymət seçimləri yoxdur. Bu məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin apardığı araşdırmanın nəticələri isə hələlik açıqlanmayıb.

O.Gündüzün fikrincə, hazırda “Aztelekom”un bazardakı çəkisi nəzərəçarpacaq dərəcədə artıb - 3 milyondan çox istifadəçiyə internet xidməti təqdim edir, həm magistral provayderdir, həm də pərakəndə xidmət təklif edir. Bu isə bazar rəqabəti üçün ciddi təhlükələr yarada bilər.

Ən diqqətçəkən dəyişikliklərdən biri “Aztelekom”un Rabitə Nazirliyinin strukturundan çıxarılaraq AZCON Holdinqin tərkibinə verilməsi olub. Hazırda bu operatoru nazirliklə əlaqələndirən yeganə amil, nazir Rəşad Nəbiyevin AZCON-un Müşahidə Şurasına rəhbərlik etməsidir. Ekspertlər bildirir ki, sabah bu əlaqə də qırılarsa, ölkənin ən böyük telekommunikasiya operatorunun nazirliklə institusional bağı tamamilə kəsilmiş olacaq.

Osman Gündüz bu struktur dəyişikliklərinin arxasında “sağlamlaşdırıb satmaq” modelinin dayana biləcəyini düşünür. Onun sözlərinə görə, gələcəkdə “Aztelekom”un yalnız magistral infrastrukturunun dövlətin nəzarətində qalması, pərakəndə internet satışının isə özəlləşdirilməsi ehtimalı real görünür.

“Bu, həm şəffaflığı, həm də bazarda rəqabəti artırmaq üçün doğru addım ola bilər”, – deyə o qeyd edir.

Sektorda dolaşan şayiələrə görə, gələcəkdə ölkənin ən böyük mobil operatoru olan “Azercell”-in də “Aztelekom”a birləşdirilməsi mümkündür. Bu baş verərsə, həm mobil, həm sabit internet, həm də magistral infrastruktur eyni struktur daxilində cəmlənmiş olacaq. Bu isə sektorda ciddi təmərküzləşmə və rəqabət pozuntusu riski yarada bilər.

Beləliklə, “Aztelekom”un genişləndirilməsi dövlət üçün mühüm bir texnoloji və iqtisadi fürsət yaradır. Amma bu dəyişikliklər yalnız o halda uğurlu ola bilər ki, sektorda şəffaflıq və rəqabət təmin edilsin, İKTA və digər tənzimləyici orqanların səlahiyyətləri gücləndirilsin. Əks halda, bu nəhəng struktur bazarda inhisarçılıq və texnologiyada durğunluq riski daşıya bilər.

Rasim Əliyev

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 01 May 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri