Icma.az
close
up
RU
Azərbaycan regional gücdən qlobal oyunçuya çevrilir

Azərbaycan regional gücdən qlobal oyunçuya çevrilir

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Son illər Azərbaycan beynəlxalq münasibətlər sistemində fəal, eyni zamanda balanslaşdırılmış siyasəti ilə diqqət çəkir. Ölkəmiz təkcə aid olduğu Qafqaz regionunda deyil, həm də Yaxın Şərq və Afrika kimi qlobal əhəmiyyət daşıyan bölgələrdə aktiv diplomatik təşəbbüsləri ilə fərqlənir. Azərbaycanın vasitəçi rolunu üzərinə götürməsi, beynəlxalq təşkilatlarda fəallığı və pandemiya dövründə göstərdiyi qlobal həmrəylik nümunəvi təcrübələr sırasında yer alır.

İsrai-Türkiyə münasibətlərində Azərbaycanın rolu

Azərbaycanın həm Türkiyə, həm də İsrail ilə dərin və strateji tərəfdaşlıq münasibətləri var. Bu iki dövlət arasında müxtəlif dövrlərdə yaşanan diplomatik gərginliklər fonunda Bakı unikal mövqedən çıxış edərək neytral və balanslı siyasət sərgiləyib. Türkiyə ilə İsrailin ilk dəfə barışmasına da məhz Azərbaycan vasitəçilik edib. Bu günlərdə Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirdi ki, "ilk böhran zamanı biz fəal rol oynadıq ki, bu iki ölkənin mövqeyini bir-birinə yaxınlaşdıraq".

Hər iki ölkənin Azərbaycanın yaxın dostu olduğunu diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Türkiyə ilə müttəfiq ölkəyik. Biz 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışıq və rəsmi olaraq müttəfiqik”. İsrailin də Azərbaycan üçün dost ölkə olduğunu vurğulayan Prezident deyib ki, bu qarşılıqlı dostluq müxtəlif çətin vəziyyətlərdə uzun illərdir özünü büruzə verib. Ona görə də bu iki ölkə arasında olan hər hansı bir anlaşılmazlıq bizi narahat edir".

2022-ci ildən sonra İsrail və Türkiyə arasında münasibətlərin normallaşma prosesi başladıqda, Azərbaycan bu prosesi pozitiv yöndə dəstəklədi. Hər iki ölkənin Azərbaycanla sıx əlaqələri normallaşmanın konstruktiv inkişafına şərait yaratdı. Analitiklər hesab edirlər ki, Azərbaycan bu prosesdə “səssiz diplomatiya” yolu ilə mühüm rol oynadı.

Beləliklə, Azərbaycanın bu iki güclü regional oyunçu ilə münasibətləri eyni vaxtda yüksək səviyyədə qoruyub saxlaması onu mümkün vasitəçiyə çevirib.

Azərbaycan–İsrail münasibətlərinə gəlincə, iki ölkənin təhlükəsizlik, kənd təsərrüfatı, texnologiya və enerji sahələrində strateji əməkdaşlığı qurulub. 2023-cü ildə Azərbaycanın İsraildə səfirlik açması münasibətlərin dərinləşdiyinin göstəricisi oldu. Eyni zamanda, Türkiyə ilə hərbi, iqtisadi və siyasi sahələrdə inkişaf edən ittifaq Azərbaycanı bölgənin sabitlik dayağına çevirir.

Suriya ilə bağlı proseslərdə iştirak

Azərbaycan 13 illik fasilədən sonra ötən ay Suriyanın paytaxtı Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etdi. Bu da Azərbaycan və Suriya arasında dostluq və əməkdaşlıq əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğundan, siyasi, iqtisadi, mədəni və digər sahələrdə tərəfdaşlığın inkişaf etdirilməsi üçün yeni imkanların yarandından xəbər verir. Belə bir vacib dördə Azərbaycan səfirliyi Suriyanın keçid dövrü hökuməti ilə yaxından əməkdaşlıq edərək ikitərəfli əlaqələrin inkişafına dəstək verəcək.

Azərbaycanın Suriya ilə bağlı beynəlxalq diplomatik təşəbbüslərə maraq göstərməsi və bölgədə sabitliyin təmin olunmasına yönəlik çağırışları ölkəmizin humanitar dəyərlərə sadiqliyinin göstəricisidir. Azərbaycan nəinki siyasi səviyyədə, həm də humanitar yardım və bərpa proseslərinə töhfə verməklə Yaxın Şərqdə sülhə dəstək verməyə çalışır.

Pandemiya dövründə liderlik və beynəlxalq həmrəylik

COVID-19 pandemiyası dövründə Azərbaycan öz liderlik keyfiyyətlərini bir daha nümayiş etdirdi. Ölkəmiz Qoşulmama Hərəkatına (QH) sədrlik etdiyi müddətdə qlobal həmrəyliyin təmin olunması və inkişaf etməkdə olan ölkələrin maraqlarının müdafiəsi istiqamətində mühüm təşəbbüslərlə çıxış etdi.

2021-ci ildə Qoşulmama Hərəkatının Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev bildirdi ki, pandemiya dövründə biz Qoşulmama Hərəkatının sədri kimi məsuliyyətli davranaraq bütün üzv ölkələr arasında həmrəyliyin və birgə fəaliyyətin təşviqinə nail olduq:

"Bu, Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun göstəricisidir".

Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasında pandemiyaya dair xüsusi sessiya keçirildi. Bu isə ölkəmizin beynəlxalq sistemdə mühüm təşəbbüskar rol oynadığını göstərdi.

Qoşulmama Hərəkatında fəal iştirak

Azərbaycanın Qoşulmama Hərəkatına 2019–2023-cü illərdəki sədrlik dövrü ölkənin qlobal nüfuzunun güclənməsinə xidmət etdi. Bu müddətdə Azərbaycan yalnız prosedur rəhbərliyi deyil, real təşəbbüslər və siyasi liderlik nümayiş etdirdi.

Məhz Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının beynəlxalq aləmdə nüfuzu daha da yüksəldi, onun beynəlxalq gündəlikdə duran qlobal məsələlərin həllində rolu daha da artdı. Prezident İlham Əliyevin sədrliyi ilə Hərəkat sürətlə dəyişən bugünkü dünyada öz mövqeyi və yeri olan mötəbər beynəlxalq təsisata çevrilib. Bu gün Qoşulmama Hərəkatı multilateralizm nümunəsi kimi qəbul edilir. Əslində, buna nail olmaq heç də asan deyil. Belə ki, Qoşulmama Hərəkatı fərqli etnik, dini, mədəni köklərə, siyasi quruluşlara malik və bəzən hətta bir-biri ilə kəskin münasibətdə olan 120 dövlətdən ibarətdir. Belə fərqli və mürəkkəb coğrafiyada birləşdirici, effektiv və nəticəyönümlü sədrlik etmək məhz Prezident İlham Əliyevin tarixi uğurudur.

Afrika ilə artan əməkdaşlıq

Azərbaycan son illər Afrika ölkələri ilə ikitərəfli və çoxtərəfli əlaqələrini genişləndirir. Qitənin müxtəlif dövlətləri ilə diplomatik nümayəndəliklərin açılması, iqtisadi və humanitar layihələrin həyata keçirilməsi, təhsil və səhiyyə sahələrində əməkdaşlıq təşəbbüsləri Azərbaycanın qlobal diplomatiyada coğrafi miqyasının artdığını göstərir.

Prezident İlham Əliyev öz çıxışlarında bir neçə dəfə Azərbaycanın Afrika ölkələri ilə əlaqələrə xüsusi önəm verdiyini diqqətə çatıdır. Azərbaycan lideri bu ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlığı gücləndirmək əzmindədir.

Azərbaycan qlobal diplomatiyanın fəal iştirakçısıdır

Azərbaycan artıq sadəcə regional güc deyil, həm də qlobal diplomatik proseslərdə öz sözünü deyən ölkəyə çevrilib. Yaxın Şərqdə vasitəçi missiyası, beynəlxalq təşəbbüslərdə aktiv iştirakı, pandemiya dövründə liderlik nümunəsi və Afrika ilə qurulan dərinləşən münasibətlər Azərbaycanı etibarlı, sülhpərvər və məsuliyyətli beynəlxalq aktor kimi mövqeləndirir.

Bu yanaşma Azərbaycan diplomatiyasının əsas hədəfini – beynəlxalq sülh, sabitlik və inkişaf naminə əməkdaşlıq – aydın şəkildə nümayiş etdirir.


Zaur,BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 12 Aprel 2025 20:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda 17 nəfər ABŞ a görə saxlanıldı

20 İyun 2026 20:41see249

Qarabağ dan kimlər gedir, kimlər gələcək? Qurban Qurbanov danışdı

21 İyun 2026 12:21see247

Tramp diplomatiya ilə yanaşı hərbi təzyiq kartını da masada saxlayır

22 İyun 2026 07:41see224

Almaniya Fil Dişi Sahili matçının ən yaxşı oyunçusu bəllidir

21 İyun 2026 04:11see222

Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb

20 İyun 2026 11:51see221

İran ABŞ ni Yaxın Şərqdə enerji tədarükünün dayandırılması ilə hədələdi

21 İyun 2026 01:38see220

Almaniya 1/16 finalda: Pley offa üçüncü vəsiqə

21 İyun 2026 02:22see219

Niderland dünya çempionatlarında 100 qol vuran komandaların siyahısına daxil olub

21 İyun 2026 02:01see219

30 dəqiqədə şou göstərdi Undav matçın ən yaxşısı seçildi

21 İyun 2026 02:16see214

“ Niyə yadplanetlilər Yerə tələsmir?“ Alimlır 3 əsas səbəbi açıqlayıb

20 İyun 2026 15:51see190

200 sərnişin Bakıya gəldi, baqajları İstanbulda qaldı BİABIRÇI HADİSƏ

20 İyun 2026 22:50see173

Bu ağrıya ciddi yanaşın! İnfarkt əlaməti ola bilər

20 İyun 2026 17:55see173

AFFA da iclas günü

20 İyun 2026 14:04see173

Cim Kerri yenidən Qrinç rolunu oynamağı düşünür...

20 İyun 2026 21:14see171

Pakistanın Baş naziri və ordu komandanı ABŞ İran danışıqları üçün İsveçrəyə uçub

21 İyun 2026 02:00see168

İnfarktdan sağ çıxanlar: Bir neçə saat əvvəl bunu yeyiblər

21 İyun 2026 01:55see167

“Bu cür qadınlarımız yadplanetlilərə oxşayır“ Taleh Yəhyayevdən ŞOK sözlər

21 İyun 2026 10:17see167

Rusiya Zaporojyeyə hücum edib, ölənlər var

20 İyun 2026 20:49see165

Niderland İsveç qarşılaşmasının ən yaxşı futbolçusu müəyyənləşdi

21 İyun 2026 04:26see163

Gözlənilməz an: Aygün Kazımova belə reaksiya verdi VİDEO

20 İyun 2026 16:49see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri