Icma.az
close
up
RU
Azyaşlı uşaqlara şiddət göstərən valideynləri bu cəza gözləyir

Azyaşlı uşaqlara şiddət göstərən valideynləri bu cəza gözləyir

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son günlər ictimai rəyə ciddi təsir göstərən, cəmiyyətin diqqətini çəkən, böyük səs-küy yaradan hadisələr baş verir.

Belə hadisələrdən biri ötən həftə Ağdamda valideynləri tərəfindən zorakılığa məruz qaldığı iddia edilən iki azyaşlının taleyi ilə bağlı yayılan məlumatlardır.

Sosial Xidmətlər Agentliyinin açıqlamasına görə, hadisə barədə müraciət daxil olduqdan dərhal sonra uşaqlar aidiyyəti qurumlarla birgə səhiyyə müəssisəsinə yerləşdirilib, müayinə və müalicələri təmin olunub. 

Tibbi prosedurlar başa çatdıqdan sonra azyaşlılardan biri körpələr evinə, digəri isə reabilitasiya prosesinin davam etdirilməsi üçün Səhiyyə Nazirliyinin müvafiq müəssisəsinə köçürülüb.

Valideynlərin uşağa qarşı zorakılığı iddiaları təsdiqlənərsə, Azərbaycan qanunvericiliyinə görə valideynlər məsuliyyətə cəlb oluna bilər?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən hüquqşünas Ruslan Mustafayev bildirib ki, bəzi hallarda məişət zorakılığı ağır nəticələrə səbəb olur:

“Təssüflər olsun ki, son zamanlar məişət zorakılığı ilə bağlı sosial şəbəkələrdə məlumatlar çox yayılır. Hətta bəzi hallarda məişət zorakılığı ağır nəticələrə səbəb olur. Baş vermiş hadisə ilə bağlı qeyd etmək olar ki, hər rayon və şəhər icra hakimiyyətlərinin tərkibində qayğı və himayəçilik komissiyaları fəaliyyət göstərir.

Həmin komissiyaların işi valideynləri tərəfindən uşaqlara zorakılıq göstərilib-göstərilməməsini araşdırmaqdan ibarətdir. Belə hallar müəyyən edildiyi təqdirdə, həmin şəxslərə qarşı müvafiq tədbirlər görülür”.

Onun sözlərinə görə, baş vermiş hadisə araşdırılmalıdır, xəsarətlərin dərəcəsinə uyğun olaraq valideynlər məsuliyyətə cəlb edilə bilər: 

“Məişət zorakılığı ilə bağlı Azərbaycan qanunvericiliyində həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulur. İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, fiziki zorakılıq hallarında xəbərdarlıq və ya pul cəriməsi tətbiq oluna bilər.

Daha ciddi hallar isə Cinayət Məcəlləsi ilə tənzimlənir. Qəsdən sağlamlığa xəsarət yetirmə maddəsinə (Maddə 126) əsasən, xəsarətin dərəcəsindən asılı olaraq, yüngül xəsarət zamanı 2 ilədək, ağır xəsarət zamanı isə 5–8 il azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Əgər zorakılıq davamlı və təkrar xarakter daşıyırsa, işgəncə vermə maddəsi (Maddə 133) tətbiq oluna bilər və bu, 3–10 il azadlıqdan məhrumetmə ilə nəticələnir”. 

Hüquqşünas qeyd edib ki, bəzi hallarda valideyn valideynlik hüququndan məhrum edilə bilər:

“Uşağa qarşı zorakılıq və tərbiyə hüququndan sui-istifadə hallarında isə (Maddə 234) 2–5 il azadlıqdan məhrumetmə və valideynlik hüququndan məhrumetmə nəzərdə tutulur.

Ümumiyyətlə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə, valideynin öz övladına qarşı zorakılığı sübut olunarsa, həmin valideyn valideynlik hüququndan məhrum edilə bilər”.

Gülər Həsənli
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Noyabr 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri