Lavrov ABŞ da keçiriləcək G20 görüşündə iştirak etmək üçün Atalantaya gedəcək
Icma.az bildirir, Oxumeni.az portalına istinadən.
Rusiya Xarici İşlər Naziri Sergey Lavrov 30-31 oktyabr tarixlərində ABŞ-ın Atlanta şəhərində keçiriləcək G20 Xarici İşlər Nazirlərinin görüşündə iştirak etməyi planlaşdırır. Oxuməni.az-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Zaxarovanın sözlərinə görə, görüşdə Moskva "çoxqütblü dünya" ilə bağlı ideyalarını təbliğ edəcək. Məlum olduğu kimi, Lavrov Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsi səbəbindən beynəlxalq sanksiyalar altındadır. Dövlət Departamenti Bloomberg-in bu səfər üçün ABŞ-ın sanksiyalardan imtina etməsi tələbinə dərhal cavab verməyib.
ABŞ prezidenti Donald Tramp Rusiya diktatoru Vladimir Putinin dekabr ayında Mayamidə keçiriləcək G20 sammitinə qatılıb-qatılmayacağını bilmədiyini bildirib və əlavə edib ki, "qatılacağı təqdirdə şad olardı".
Daha əvvəl ABŞ dövlət katibi Marko Rubio Putinin 14-15 dekabr tarixlərində Mayamidə keçiriləcək G20 sammitinə dəvət olunduğunu təsdiqləyib.
Əziz Mustafa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 29 Oktyabr 2026 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















