Borçalıda Türkiyə Respublikasının elan olunması günü qeyd edilib
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bolnisidə fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində 29 oktyabr — Türkiyə Respublikasının elan olunmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir Gürcüstan, Azərbaycan və Türkiyənin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Mərkəzin direktoru və təsisçisi Rezo Həsənov 29 oktyabr 1923-cü ildə Türkiyə Respublikasının elan olunmasının tarixi əhəmiyyətindən bəhs edib. O, gənc nəslin tarixi hadisələr barədə məlumatlandırılmasının, dövlətçilik ənənələrinin və milli-mənəvi dəyərlərin təbliğinin vacibliyini, müstəqillik və suverenlik uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin daim yaşadılmasının, onların qəhrəmanlığının gələcək nəsillərə çatdırılmasının hər kəsin mənəvi borcu olduğunu vurğulayıb.
Gürcüstanın parlamentinin sabiq deputatı, tarixçi Ramiz Bəkirov Türkiyə Respublikasının yaranmasının tarixi əhəmiyyətindən danışaraq Mustafa Kamal Atatürkün məşhur “Yurdda sülh, cahanda sülh” kəlamını xatırladaraq deyib ki, bu fikir sülhün, qarşılıqlı hörmətin və xalqlar arasında dinc münasibətlərin qorunmasının əhəmiyyətini ifadə edir.
Dəllər kənd məktəbinin əməkdaşı Natəvan Mehdiyeva, Abdallı icma məktəbinin müəllimi Zöhrab Aslanov, UİD təşkilatının Gürcüstan nümayəndəsi Bolu Allahyarov və xeyriyyəçi Cəbrail Şahverdiyev çıxışlarında Gürcüstan, Türkiyə və Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin əhəmiyyətini qeyd ediblər.
Türkiyə Respublikasının elan olunması haqqında qısametrajlı videoçarx nümayiş etdirilib. Daha sonra mövzu ətrafında müzakirələr aparılıb və iştirakçılar arasında fikir mübadiləsi baş tutub
P.ƏMİRCANOV
XQ
Baxış sayı:163
Bu xəbər 29 Oktyabr 2026 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















