Icma.az
close
up
RU
BAAU nun tərəfdaşlığı ilə Türkiyədə simpozium keçirildi Fotolar

BAAU nun tərəfdaşlığı ilə Türkiyədə simpozium keçirildi Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Türkiyənin Niğde Ömər Halisdemir Universitetinin ev sahibliyi ilə Bakı Avrasiya Universiteti və Qazax Milli Qızlar Pedaqoji Universitetinin birgə əməkdaşlığı ilə “Türk Dövlətləri arasında Ali Təhsil Sahəsində Əməkdaşlıq” mövzusunda təşkil olunan “XII Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu”nun və 2-ci Beynəlxalq Ar-Ge Layihə Yarışmasının açılış mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, simpoziumun açılış mərasiminə BAAU-nun rektoru dosent Səyavuş Qasımov, Niğde Ömer Halisdemir Universitetinin rektoru prof. dr. Hasan Uslu, Niğde Bələdiyyə Başçısı Emrah Özdemir, Qazax Milli Qızlar Pedaqoji Universitetinin rektoru prof. dr. Gülmira Qanay, Qaqauzları təmsil edən Moldova Respublikasının Komrat Dövlət Universitetinin rektoru dr. Sergey Zaharia, TÜBİTAK-ın sədr müavini dr. Həsən Səlcuq Selek, simpoziumda məruzə təqdim edən tədqiqatçılar və müxtəlif türk dövlətlərini təmsil edən akademik heyət və çox sayda tələbə iştirak edib.

Azərbaycan, Qazaxıstan və Türkiyənin himnlərinin səsləndirilməsi ilə başlayan Simpozium, rektorların açılış nitqləri ilə davam edib. Daha sonra “Kökümüz bir, türkük” festivalı başlayıb və tamaşaçılara türk xalqlarının musiqisini və mahnılarını çatdıraraq coşğulu anlar yaşadıb. Festivaldan sonra panel iclaslarına start verilib və tədqiqatçılar öz məruzələrini təqdim ediblər.

İlk dəfə 2014-cü ildə təşkil olunan simpoziumda bu il Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, İraq, İran və Moldovadan 400-ə yaxın alim və tədqiqatçı 277 elmi məqalə təqdim edib. 

Simpozium çərçivəsində 2-ci Beynəlxalq Ar-Ge Layihə Yarışmasına isə 61 layihə təqdim olunub. Türkiyə, Qazaxıstan və Azərbaycandan altı fərqli universitetin qatıldığı yarışmaya təqdim edilən layihələr münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və qaliblər mükafatlandırılacaq.

Simpoziumda açılış nitqi ilə çıxış edən BAAU-nun rektoru Səyavuş Qasımov türk dünyasının tarix boyu geniş coğrafiyada mədəniyyətin, dövlətçilik ənənəsinin, elmi və ictimai tərəqqinin daşıyıcısı olduğunu bildirdi. O, dedi ki, Orta Asiyadan Anadoluya, Qafqazdan Balkanlara qədər uzanan bu geniş məkanda yaşayan türk xalqları ortaq dil, din, tarix və mənəvi dəyərlərlə bir-birinə bağlıdır. Bu mənəvi bağların elmi əsasda araşdırılması, sistemləşdirilməsi və gələcək nəsillərə ötürülməsi isə milli və strateji əhəmiyyət daşıyır.

BAAU-nun rektoru həmçinin dedi ki, bu gün biz Türk xalqlarının inkişafını onların arasında dildə, fikirdə, işdə birlikdə görən İsmayıl bəy Qaspıralının amalını elm və təhsil sahəsində əməkdaşlığımızla zənginləşdiririk. Elm adamlarımız gücün elmdə olduğu bir dönəmdə dünya birliyinə öz birgə fəaliyyətləri ilə daha böyük töhfə verə bilərlər. Xoşdur ki, həmin birlik nəzəri tədqiqatlarda, əməli əməkdaşlıq və praktiki davranışlarda da əksini tapmaqdadır. Hər il davamlı olaraq təşkil edilən Simpoziumda türk dünyasının elm adamları müasir biliyin müxtəlif sahələrinə dair yeni araşdırmalarının nəticələri barədə məruzə edir, müzakirələr aparırlar. Bütün bu məruzələrin kitab şəklində nəşr edilərək yayılması birləşmə prosesinin sonrakı dövrləri üçün mühüm istinad mənbələrinə çevrilir. 
S.Qasımov sonda Simpoziuma ev sahibliyi edən Niğde Ömər Halisdəmir Universitetinin rektoruna, inzibati və professor-müəllim heyətinə, dəstək olan qurumlara təşəkkürünü çatdırdı. 








Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 May 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri