Icma.az
close
up
RU
BAAU ilə Türkiyə institutu arasında memorandum imzalandı Fotolar

BAAU ilə Türkiyə institutu arasında memorandum imzalandı Fotolar

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dekabrın 5-də Bakı Avrasiya Universiteti (BAAU) ilə İzmir Yüksek Teknoloji Enstitüsü (İYTE) arasında əməkdaşlıq memorandumu imzalanıb.

“Qafqazinfo” xəbər verir ki, imzalanma mərasimindən öncə görüş keçirilib.

Görüşdə BAAU-nun rektoru, dosent Səyavş Qasımov, elmi işlər üzrə prorektor, professor Gülzar İbrahimova, beynəlxalq əlaqələr üzrə prorektor, dosent Sevda Rzayeva, Regionşünaslıq və İqtisadiyyat fakültəsinin dekanı dosent Mütəllim Rəhimov, İYTE-nin rektoru, professor Yusuf Baran və Kitabxana və sənədləşmə şöbəsinin müdiri Gültekin Gürdal iştirak edib.

Görüş zamanı S.Qasımov BAAU-nun tarixi və missiyası barədə məlumat verib, universitetin beynəlxalq əlaqələr, birgə fəaliyyətlər, tədris proqramı və maddi-texniki bazasından danışıb. O, BAAU-nun xarici universitetlərlə əməkdaşlığa və tələbə-müəllim mübadiləsinə xüsusi önəm verdiyini, həmçinin tədris proqramlarının qlobal standartlara uyğun yeniləndiyini vurğulayıb.

S.Qasımov universitetin son illərdə beynəlxalq sahədə qazandığı uğurlardan danışaraq, birgə layihələrin və proqramların BAAU-nun nüfuzunu artırdığını, bu əməkdaşlığın hər iki universitet üçün yeni imkanlar yaradacağını bildirib.

Y.Baran İYTE-nin Türkiyənin ali təhsil sistemindəki mövqeyi, uğurları barədə məlumat verib. O, rəhbərlik etdiyi universitetin təbiət elmləri və mühəndislik sahələrində əldə etdiyi nailiyyətləri, tədris dilinin ingilis dili olması ilə beynəlxalq elmi tədqiqatlarda fəal iştirakını vurğulayıb. Rektor BAAU ilə qurulacaq əməkdaşlığın hər iki universitet üçün faydalı olacağına əminliyini diqqətə çatdırıb.

Sonra memorandum imzalanma mərasimi keçirilib və xatirə şəkilləri çəkilib.

BAAU ilə İYTE arasında imzalanan memorandum çərçivəsində tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatlar, seminarlar və konfransların təşkili, tədris materiallarının və elmi ədəbiyyatın mübadiləsi kimi fəaliyyətlər nəzərdə tutulur. Bu təşəbbüs BAAU-nun beynəlxalq əlaqələrinin genişlənməsinə və İYTE-nin qabaqcıl təcrübələrinin tətbiqinə imkan yaradacaq.






Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:260
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 Dekabr 2024 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see291

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see287

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see272

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see267

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see266

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see265

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see260

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see254

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see252

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see242

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see233

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see229

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see228

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see226

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see220

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see214

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see213

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see210

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see207

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri