Icma.az
close
up
RU
Babalarını da tanıyıram Aydın Mirzəzadə seçicilərindən danışdı

Babalarını da tanıyıram Aydın Mirzəzadə seçicilərindən danışdı

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Milli Məclisin deputatları seçki kampaniyası zamanı seçicilərinə müxtəlif vədlər verir, mandat aldıqdan sonra isə bu vədlərin icrası və seçicilərin müraciətlərinin həlli istiqamətində fəaliyyət göstərirlər. Bəzi hallarda deputatlar verdikləri vədləri tam şəkildə yerinə yetirə bilsələr də, müəyyən məsələlərin həlli onların səlahiyyət və imkanlarından kənarda qalır.

Bəs deputatlar seçicilərinə verdikləri vədlərin nə qədərini yerinə yetirə biliblər? Hansı məsələlər hələ də həllini gözləyir və buna nə səbəb olur?

Modern.az bu suallar ətrafında deputatların mövqeyini öyrənmək məqsədilə başladığı yeni rubrikanı davam etdirir.

Rubrikanın növbəti qonağı Milli Məclisin Mingəçeviri təmsil edən deputatı Aydın Mirzəzadədir.

Deputat “Seçicilərinizə verdiyiniz vədləri yerinə yetirə bilirsinizmi?” sualını cavablandırarkən qeyd edib ki, seçki dövründə seçicilərinə konkret bir vəd verib: hər zaman onların üçün əlçatan olmaq:

“Seçki dövründə seçicilərimə ancaq bir vəd vermişdim: həmişə sizin üçün əlçatan olacağam, məni həmişə tapa biləcəksiniz. Bu sözümün də üstündə dururam. Vaxtaşırı Mingəçevirdə qəbul keçirirəm. Eyni zamanda, mənim nömrəmi Mingəçevirdə hamı bilir. Hər kəs mənə istənilən məsələ ilə bağlı zəng edə bilər. Onun məsələsini ya anında həll edirik, ya da müvafiq izahat veririk. Bir müddət əvvəl vətəndaşın birinin su sayğacı ilə bağlı problemi var idi. Məsələni İcra Hakimiyyəti qarşısında qaldırdıq və problem həll olundu. Bir neçə gün əvvəl isə beşmərtəbəli binanın birinci mərtəbəsində əlil arabasında hərəkət edən şəxsin mənzilinə pandusun quraşdırılması məsələsini nəzarətə götürmüşəm. Hesab edirəm ki, bu məsələni də həll edə biləcəyəm”.

A.Mirzəzadə seçicilərinin ona göstərdiyi etimadı doğrultmağa çalışdığını bildirib:

“Seçicilərimə mənə etimad göstərdiklərinə görə təşəkkür edirəm. Mən mingəçevirliyəm, Mingəçevirin hər qarışını tanıyıram. İnsanların bir çoxunun nəinki ailəsini, hətta babasını tanıyıram. Mingəçevirin problemləri, inkişafı və baş verən hadisələrlə bağlı daim məlumatlıyam. Mingəçevirin bugünü və sabahı ilə bağlı icra başçısı İlham Məmmədovla xeyli söhbətlərimiz olub. Seçicilərin problemlərinin həllində iştirak etmək mənim üçün qürur mənbəyidir. Müəyyən məsələlər var ki, onların həlli üçün aidiyyəti qurumlar qarşısında məsələ qaldırmaq və kompleks yanaşma tələb olunur. Bir sözlə, seçici etimadını doğrultmağa çalışırıq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Avqust 2026 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see306

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see263

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see260

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see259

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see252

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see245

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see240

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see226

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see218

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see214

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see213

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see212

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see202

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see188

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see186

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see184

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see182

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see173

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see164

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri