Icma.az
close
up
RU
Babasildə istifadə olunur, qastriti sağaldır Alaq otu kimi tanınan bitki

Babasildə istifadə olunur, qastriti sağaldır Alaq otu kimi tanınan bitki

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

Alaq bitkisi kimi tanıdığımız bağayarpağı bir çox xəstəliklərin dərmanıdır.

Sağlamolun.az bağayarpağının bəzi faydalarını və istifadə qaydalarını təqdim edir:

Yaralarda istifadə:  Əgər dərinizdə irinli yaralar, çiban, kor çiban, trofik xoralar və ümumiyyətlə, müalicəyə çətin tabe olan yaralar varsa, belə bir reseptdən istifadə edə bilərsiniz: bağayarpağının təzə yarpaqlarını dərin, yuyun, üstünə inək yağını çörək üzərinə çəkilən yağ  kimi çəkin, sonra dürmək kimi bükün, nazik məftillə bağlayın ki, açılmasın, sonra yanmayan folqaya bükün və közün içinə basdırın. (Və ya 50-60 dərəcə sobada 20 dəq. saxlayın.) 20 dəqiqədən sonra yarpaqları folqanın arasından çıxarın, əzib maz formasına salın və gündə 2 dəfə yaraların üstünə çəkin. Xatırladım ki, bu reseptdən çöl şəraitində yaşayan insanlar və əsgərlərimiz istifadə edə bilərlər.

Qastritə və kolitə faydası: Qastrit və kolit zamanı təzə bağayarpağı yığılır, yuyulur, stəkana tökülür, üstünə yarım stəkan təmiz su əlavə olunub blenderlə qarışdırılır və yeməkdən yarım saat əvvəl içilir.(və ya təzə bağayarpağı dərilir, yuyulur 2 saat suda saxlanılır, sonra şirəçəkəndən keçirilir, şirəsi çıxarılır, xatırladım ki, bu üsul daha çox faydalıdır)  Gündə üç dəfə istifadə edildikdə bağayarpağının tərkibində olan bioloji aktiv maddələr sürətlə yaranın sağalmasına səbəb olur.

Zob xəstəliyinə qarşı: Zob düyünlərini əritmək üçün bağayarpağı yığılır, ətçəkən maşından keçirilir və zobun üstünə qoyulur. Belə sarğını gündə 1 dəfə qoyub 2-4 (dərinin həssaslığından asılı olaraq əgər səpgi verməsə 4 saat saxlaya bilərsiniz) saat müddətində saxladıqda, zob düyünləri  əriyir.

Babasildə istifadə: 0,5 litrlik şüşə qaba bir qat kərə yağı, bir qat blenderdə xırdalanmış təzə bağayarpağı, yenə bir qat yağ və bağayarpağı sıra ilə tökülür, çalışın qatların qalınlığı 1 sm-dən çox olmasın və ən axırıncı sıra yağ olsun. Qışda  qızdırıcının üstündə yayda günəş görən pəncərədə 1  həftə saxlayın, sonra qarışdırın, gündə iki dəfə babasilin üstünə çəkin, babasil düyünləri əriyəcəkdir.

Daban mahmızına qarşı: Daban mahmızı varsa axşamlar təzə dərilmiş bağayarpağı əzilir və daban altına qoyulur, 3-4  saat (və ya yatanda ayaq altına bağlanılır səhərə qədər) saxlanır. Səhərlər isə axşama qədər 1 ədəd enliyarpaq bağayarpağı daban üzərinə qoyulur, nazik tənziflə bağlanır və corab geyilir. Bunu gündüzlər 3-4 saat saxlamaq faydalıdır.

Şəkər xəstəliyinə təsiri:  Bağayarpağı yığılır, qurudulur, əzilir, toz formasına salınır. Gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı bağayarpağı tozu bir stəkan qatıq və ya kefirə qarışdırılaraq yeyilir. (və ya 1 çay qaşığı ağıza atılır, üstdn 1 stəkan su içilir)

Bronxitdə istifadə: Enliyarpaq bağayarpağı yığılır, kölgədə qurudulur. Müxtəlif mənşəli bronxitlərdə 1 çay qaşığı xırdalanmış yarpaqlar 1 stəkan suda və ya süddə dəmlənir, gündə 3 dəfə yeməkdən əvvəl bir stəkan içilir.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri