Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Babayan Paşinyanın “avtobus müxalifəti”nin klassik nümunəsidir Araşdırmaçı

Babayan Paşinyanın “avtobus müxalifəti”nin klassik nümunəsidir Araşdırmaçı

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Səs-küy yaradır, sərt danışır, lakin sistemin özünə toxunmur

Qarabağdakı qondarma rejimin keçmiş “müdafiə naziri” olmuş Samvel Babayan son açıqlamasında Qarabağ məsələsinin guya “bağlanmadığını” iddia edərək, Ermənistan hakimiyyətini tənqid edib. Babayan Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq hüquqa əsaslanan reallıqları faktiki olaraq inkar edir, Qarabağdan köçmüş ermənilərin geri qayıdışı mövzusunu isə siyasi manipulyasiya predmetinə çevirir.

Araşdırmaçı-jurnalist Asəf Quliyev “Sherg.az”a açıqlamasında bildirib ki, Samvel Babayanın siyasi bioqrafiyası Ermənistan daxilindəki güc münasibətlərini anlamaq baxımından kifayət qədər maraqlıdır. Çünki söhbət sıradan bir erməni siyasətçisindən deyil, Azərbaycan torpaqlarının işğalında bilavasitə iştirak etmiş, Qarabağdakı qondarma rejimin keçmiş “müdafiə naziri” olmuş Samvel Babayandan gedir:

 “Bir müddət Rusiyada yaşayan Babayan Ermənistana qayıtdıqdan sonra Serj Sarkisyan hakimiyyəti dövründə həbs edilmişdi. Lakin 2018-ci ildə Nikol Paşinyanın hakimiyyətə gəlişindən dərhal sonra Babayan azadlığa buraxıldı. Bu faktın özü artıq Paşinyan–Babayan münasibətlərinin təsadüfi olmadığını göstərirdi. Çox keçmədən Qarabağda separatçı rejimin növbəti “prezident seçkiləri”nə start verildi. Məhz həmin dövrdə maraqlı bir epizod yaşandı: səhhətində problemlər yaranan Samvel Babayan müalicə aldığı xəstəxanada Nikol Paşinyanla eyni məkanda görüntüləndi. Rəsmi açıqlamaya görə, Paşinyan sadəcə check-up müayinəsindən keçirdi. Lakin sonrakı siyasi proseslər bu “təsadüfün” arxasında daha ciddi planların dayandığını göstərdi.Müalicəsini başa vuran Babayan seçkilərin getdiyi Qarabağa qayıtdı. Bir çoxları onun özü namizəd olacağını gözləyirdi. Ancaq o, bu addımı atmadı və namizədlərdən birinin vəkili kimi prosesə qoşuldu. Maraqlıdır ki, Babayan nə Qarabağın işğalında onunla çiyin-çiyinə dayanmış Vitali Balasanyanı, nə də radikal xətti ilə tanınan Hayk Xanumyanı dəstəklədi. Əksinə, beynəlxalq diplomatik mühitdə nisbətən tanınan Masis Mailyanın namizədliyini irəli çəkdi. Bu seçim təsadüfi deyildi. Əsas məqsəd Qarabağda yüksək reytinqə malik Vitali Balasanyanın elektoratını parçalamaq idi. Nəticə də bunu göstərdi: seçkilərin yekununda birinci Araik Arutunyan, ikinci Masis Mailyan, üçüncü isə Vitali Balasanyan oldu. Beləliklə, Balasanyan faktiki olaraq siyasi oyundan kənarda qaldı. Xüsusilə də seçki qərargahının qarşısına Robert Köçəryanın şəklini vurması onun uduzmasının əsas səbəblərindən biri oldu”.

A. Quliyev qeyd edib ki, 2016-cı ildəki aprel döyüşlərindən sonra Qarabağdakı ermənilərin “inamını bərpa etmək” məqsədilə məhz Vitali Balasanyan qondarma rejimin Təhlükəsizlik Şurasının katibi təyin edilmişdi və kifayət qədər yüksək reytinqə malik idi. Lakin Paşinyan bu potensial təhlükəni zamanında neytrallaşdırmağı bacardı: 

“Araik Arutunyan “seçkiləri” qazandıqdan sonra Samvel Babayan Təhlükəsizlik Şurasının katibi postuna gətirildi. Ardınca 44 günlük müharibə baş verdi. Müharibə zamanı Babayan faktiki olaraq siyasi səhnədən yoxa çıxdı, Balasanyan isə yenidən təhlükəsizlik strukturuna qaytarıldı. Sonrakı mərhələdə antiterror tədbirləri həyata keçirildi və Qarabağdakı erməni əhalisi bölgəni tərk etdi. Beləliklə, separatçı siyasi fiqurların hamısı tarixin arxivinə çevrildi. Son iki ildə isə Nikol Paşinyan Ermənistanda siyasi meydanı tam şəkildə təmizləməkdədir. Potensial rəqiblər ya həbs olunur, ya siyasi fəaliyyəti məhdudlaşdırılır, ya da ictimai təsirdən məhrum edilir. Qərb dairələri bu proseslərə göz yumur, çünki onlar üçün əsas prioritet Paşinyanın hakimiyyətdə qalmasıdır. Ancaq bu siyasət uzunmüddətli ola bilməz. Tam alternativsiz mühit Paşinyanın “demokratik lider” imicinə ciddi zərbə vurur. Məhz bu səbəbdən cəmiyyətə “sərt müxalifət” görüntüsü lazımdır. Bu rolu oynamaq üçün isə ən uyğun fiqur elə Samvel Babayandır. O nə real təhlükə yaradan, nə də kütləni arxasınca aparmaq gücünə malik olan, amma mediada tənqidçi kimi təqdim edilə bilən bir simadır.  Bu mənada Samvel Babayan Paşinyanın “avtobus müxalifəti”nin klassik nümunəsidir: səs-küy yaradır, sərt danışır, lakin sistemin özünə toxunmur”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:277
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Dekabr 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see645

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see452

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see319

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see316

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see314

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see301

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see288

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see266

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see256

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see239

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see234

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see223

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see222

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see220

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see218

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see201

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see195

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see192

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see187

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri