Icma.az
close
up
RU
Babəkin “oğlu” vətənə döndü: 400 manat maaş alıram...

Babəkin “oğlu” vətənə döndü: 400 manat maaş alıram...

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


“Babək” filmində canlandırdığı Buğday rolu ilə tanınan aktyor, pedaqoq Məhəmməd Verdizadə uzun illər Rusiyada yaşayıb. 67 yaşlı aktyor 2016-cı ildə Azərbaycana dönüb. O, hazırda Teatr Xadimləri İttifaqında çalışır.

Bakupost.az aktyorun Musavat.com-a müsahibəsini təqdim edir:

- Məhəmməd bəy, ittifaqda işiniz nədən ibarətdir?

- Aktyor laboratoriyasının rəhbəriyəm. Məni teatra işə götürmədilər, dedilər ki, pensiya yaşımdayam. Halbuki 67 yaşım olsa da, pensiya almıram. Ona görə də Azdramanın rəhmətlik direktoru Azər Paşa Nemətov 2021-ci ildə məni ittifaqda işləməyə dəvət etdi. Çünki yaşıma görə heç yerdə işə götürmürdülər.

- Niyə pensiya ala bilmirsiniz?

- Qocalığa görə pensiya almaq üçün gərək işdən çıxım. İşdən çıxıb necə dolanım? Mənə 220 manat pensiya verəcəklər. Çünki iş stajım azdır, heç 25 ilə çatmır. İttifaqda isə 400 manat maaş alıram. 400 manatı 220 manata dəyişim?

- 10 ildir ki, Rusiyadan Azərbaycana dönmüsünüz. Bu illər ərzində başqa harada çalışdınız?

- Heç yerdə məni işə götürmədilər. Mən rejissorluq və aktyorluq üzrə ixtisaslı müəlliməm. Buna görə də Mədəniyyət və İncəsənət Universitetinə müraciət etmişdim, ancaq işə çağırılmadım. Onu da qeyd edim ki, 1981-ci ildən 1991-ci ilə kimi bu universitetdə dərs demişəm, qayıdandan sonra isə götürmədilər.

- Bəs nə ilə məşğul oldunuz?

- İş tapa bilmədiyim üçün heç nə ilə məşğul olmadım.

- Seriallara çəkilirsinizmi?

- Bəli, hazırda 13 seriyalı bir serialda çəkilirəm. Ona qədər isə 6-7 seriala çəkilmişəm. Rusiyada iki böyük serialda çəkilmişəm. Ümumilikdə isə kinonun durumu ürəkaçan deyil, məni qane etmir.

- Övladlarınızdan yolunuzu davam etdirən varmı?

- Yox. İki qızım var, onlardan biri Amerikada yaşayır, digəri isə Azərbaycandadır. Ailəlidirlər, iki nəvəm var.

- Mərhum aktyorumuz Rasim Balayevlə münasibətiniz necə idi? Sonuncu dəfə nə zaman görüşmüşdünüz?

- Bəzən yanına gedirdim, söhbət edirdik. Səhhəti pis idi, çox görüşə bilmirdik.

- İşsizlikdən çətinlik çəkdiyinizi yəqin ki, bilirdi. Bununla bağlı hər hansısa kömək təklif etmişdimi?

- Onun böyük səlahiyyətləri yox idi, nə edə bilərdi ki? Bir dəfə söhbət edən zaman harada işləməyimlə bağlı soruşdu, ittifaqda çalışdığımı dedim, ümumi vəziyyətimi açıqladım. Dedi, bizdə də eyni vəziyyətdir.

- Rusiyada nə işlə məşğul olurdunuz?

- Bizneslə məşğul idim. 1997-ci ildə Azərbaycanda kino sahəsində vəziyyət çox pis idi, dolanmaq olmurdu. Mən də ailəli adam idim, ona görə Rusiyaya getməyə məcbur oldum.

- Nə əcəb geri dönməyə qərar verdiniz?

- Orada 18 il bizneslə məşğul oldum və sonra qərar verdim ki, vətənə geri qayıdım. Nə qədər qərib ölkədə qala bilərdim ki...

- Geri qayıdanda daha əvvəlki məşhurluq olmadı?

- Tanıyanlar indi də yaxınlaşıb görüşürlər, şəkil çəkdirirlər. Başqa nə olsun ki...


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:256
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 10 Aprel 2026 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see334

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see296

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see287

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see286

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see278

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see272

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see268

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see258

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see248

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see237

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see235

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see229

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see227

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see214

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see211

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see210

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see202

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see200

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see189

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri