Icma.az
close
up
RU
400 manat maaşla dolanıram, pensiya da almıram Babəkin oğlu

400 manat maaşla dolanıram, pensiya da almıram Babəkin oğlu

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Milli.Az xəbər verir ki, musavat.com-un növbəti həmsöhbəti "Babək" filmində canlandırdığı "Buğday" rolu ilə tanınan aktyor, pedaqoq Məhəmməd Verdizadədir. Uzun illər Rusiyada yaşayan 67 yaşlı aktyor 2016-cı ildə Azərbaycana dönüb. O, hazırda Teatr Xadimləri İttifaqında çalışır.

- Məhəmməd bəy, ittifaqda işiniz nədən ibarətdir?

- Aktyor laboratoriyasının rəhbəriyəm. Məni teatra işə götürmədilər, dedilər ki, pensiya yaşımdayam. Halbuki 67 yaşım olsa da, pensiya almıram. Ona görə də "Azdrama"nın rəhmətlik direktoru Azər Paşa Nemətov 2021-ci ildə məni ittifaqda işləməyə dəvət etdi. Çünki yaşıma görə heç yerdə işə götürmürdülər.

- Niyə pensiya ala bilmirsiniz?

- Qocalığa görə pensiya almaq üçün gərək işdən çıxım. İşdən çıxıb necə dolanım? Mənə 220 manat pensiya verəcəklər. Çünki iş stajım azdır, heç 25 ilə çatmır. İttifaqda isə 400 manat maaş alıram. 400 manatı 220 manata dəyişim?

- 10 ildir ki, Rusiyadan Azərbaycana dönmüsünüz. Bu illər ərzində başqa harada çalışdınız?

- Heç yerdə məni işə götürmədilər. Mən rejissorluq və aktyorluq üzrə ixtisaslı müəlliməm. Buna görə də Mədəniyyət və İncəsənət Universitetinə müraciət etmişdim, ancaq işə çağırılmadım. Onu da qeyd edim ki, 1981-ci ildən 1991-ci ilə kimi bu universitetdə dərs demişəm, qayıdandan sonra isə götürmədilər.

- Bəs nə ilə məşğul oldunuz?

- İş tapa bilmədiyim üçün heç nə ilə məşğul olmadım.

- Seriallara çəkilirsinizmi?

- Bəli, hazırda 13 seriyalı bir serialda çəkilirəm. Ona qədər isə 6-7 seriala çəkilmişəm. Rusiyada iki böyük serialda çəkilmişəm. Ümumilikdə isə kinonun durumu ürəkaçan deyil, məni qane etmir.

- Övladlarınızdan yolunuzu davam etdirən varmı?

- Yox. İki qızım var, onlardan biri Amerikada yaşayır, digəri isə Azərbaycandadır. Ailəlidirlər, iki nəvəm var. Övladlarımdan yolumu davam etdirən olmadı.

- Mərhum aktyorumuz Rasim Balayevlə münasibətiniz necə idi? Sonuncu dəfə nə zaman görüşmüşdünüz?

- Bəzən yanına gedirdim, söhbət edirdik. Səhhəti pis idi, çox görüşə bilmirdik.

- İşsizlikdən çətinlik çəkdiyinizi yəqin ki, bilirdi. Bununla bağlı hər hansısa kömək təklif etmişdimi?

- Onun böyük səlahiyyətləri yox idi, nə edə bilərdi ki? Bir dəfə söhbət edən zaman harada işləməyimlə bağlı soruşdu, ittifaqda çalışdığımı dedim, ümumi vəziyyətimi açıqladım. Dedi, bizdə də eyni vəziyyətdir.

- Rusiyada nə işlə məşğul olurdunuz?

- Bizneslə məşğul idim. 1997-ci ildə Azərbaycanda kino sahəsində vəziyyət çox pis idi, dolanmaq olmurdu. Mən də ailəli adam idim, ona görə Rusiyaya getməyə məcbur oldum.

- Nə əcəb geri dönməyə qərar verdiniz?

- Orada 18 il bizneslə məşğul oldum və sonra qərar verdim ki, vətənə geri qayıdım. Nə qədər qərib ölkədə qala bilərdim ki...

- Geri qayıdanda daha əvvəlki məşhurluq olmadı?

- Tanıyanlar indi də yaxınlaşıb görüşürlər, şəkil çəkdirirlər. Başqa nə olsun ki...
Lalə Qüdrətova
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:366
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 10 Aprel 2026 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see573

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see524

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see424

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see390

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see297

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see269

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see259

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see240

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see236

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see233

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see230

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see218

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see213

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see209

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see209

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see207

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see201

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see200

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see198

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri