Icma.az
close
up
RU
Məşhur filmin unudulmaz qəhrəmanı: Babəkin oğlu Buğday 66 yaşına çatdı FOTOLAR

Məşhur filmin unudulmaz qəhrəmanı: Babəkin oğlu Buğday 66 yaşına çatdı FOTOLAR

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Elə filmlər var ki, izləndikdən sonra uzun müddət yaddaşlardan silinmir. Bu filmləri xatirələrdə yaşadan təbii ki, cəlbedici süjet xətti və aktyor oyunudur.
Tariximizin mühüm dövründən bəhs edən "Babək" filmi də belə ekran əsərlərindəndir. Bu film Azərbaycan xalqının işğala qarşı mübarizliyini nümayiş etdirir. Filmin ideoloji tərəfi azadlıq və ədalət uğrunda mübarizənin simvolu olan xalq qəhrəmanı Babəkin simasında özünü göstərir. Babək bir lider və qəhrəman olaraq, xalqının azadlığı uğrunda mübarizə aparmaqla həm öz dövrü, həm də gələcək nəsillər üçün örnək qoyur.
Babəkin həyatının ekranlaşdırılması yalnız tarixi hadisələrin təqdimatı deyil, eyni zamanda azadlıq və ədalət uğrunda mübarizənin təbliğidir. Film həm Azərbaycan mədəniyyətini tanıtmaq, həm də insan haqları, azadlıq və bərabərlik kimi dəyərləri təbliğ etmək baxımından mühüm əhəmiyyət daşıyır.

Modern.az saytı tamaşaçıların maraqla izlədiyi və yaddaşlarda iz salan filmlərlə bağlı rubrikanı davam etdirir.
“Məşhur filmin unudulmaz qəhrəmanı” adlı rubrikamızda maraqlı filmlərdən yadda qalmış qəhrəmanların kim olduğu barədə qısa məlumat verir, onların keçmiş və indiki görüntüsünü şəkillərlə təqdim edirik.
Babək tammetrajlı bədii filmi məşhur rejissor Eldar Quliyev tərəfindən 1979-cu ildə ekranlaşdırılıb. Film "Mosfilm" və "Azərbaycanfilm" kinostudiyalarının birgə məhsuludur. Bu ekran əsəri o dövrdə Azərbaycan SSR-in ən bahalı filmi kimi mədəniyyət tarixinə düşüb. Onun çəkilişinə ümumilikdə 1 milyon 650 min rubl xərcləndiyi barədə məlumat verilir.
Filmdə əsas rolları Rasim Balayev, Həsənağa Turabov, Amaliya Pənahova, Tamara Yandiyeva, Şahmar Ələkbərov, Məhəmməd Verdiyev, Hamid Azayev və Ənvər Həsənov ifa edirlər.

Onu “Babək” filmində baş qəhrəmanın oğlu Buğday rolunda görüb tanımışıq. Ekran əsərində azadlıq haqqında deyilən və sonradan dillər əzbəri olan o məşhur ifadəni məhz Babəklə oğlu Buğdayın dialoqunda eşidirik. Babək Ərəb xilafətinin sərkərdəsi Afşin tərəfindən əsir alınıb. Afşin ata ilə oğulun görüşünü təşkil edir. Babəkin görüşünə gələn Buğday günahkar bağışlarla əsir alınmış atasına baxır. Babək oğlunu məzəmmət edir və ona:
“Bu dünyada bircə gün azad yaşamaq 40 il boyunduruq altında sürünməkdən daha üstündür”, - deyir.

Ata-oğulun görüşü filmin ən təsirli səhnələrindən biridir. Bu təsirli səhnəni canlandıran iki aktyordan biri – Babəkin oğlu Buğday bu gün 66 yaşını tamam edir.
Söhbət aktyor Məhəmməd Verdiyevdən gedir. 30 yanvar tarixi onun ad günüdür.
Məhəmməd Verdiyev 1959-cu ildə Kəlbəcərdə anadan olub. Üç yaşında ikən ailəsilə Laçına, oradan Yardımlıya köçüb. Buna görə də orta təhsilini 8-ci sinfə qədər Yardımlıda alıb. Partiya işçisi olan atasının fəaliyyətilə əlaqədar daha sonra Şamaxıya köçüblər və o, orta məktəbi orada bitirib.
Orta təhsilini başa vurandan sonra o vaxtkı Xalq Təsərrüfatı İnsitutunda (indiki İqtisad Universiteti) oxumağa başlayıb. Amma sonra buradakı ali təhsilini yarımçıq qoyub, valideynlərinin etirazına baxmayaraq İnsəcənət İnstitutuna daxil olub. 1976-1980-ci illərdə həmin institutda təhsil alıb. Firəngiz Mütəllimova, Zemfira Nərimanova, İlham Əsgərov, Bəsti Cəfərova kimi məşhur sənətkarlarla bir qrupda oxuyub.

O, “Babək” filminin çəkilşlərinə seçilərkən hələ tələbəydi - II kursda oxuyardu. Çəkilişlər başlayan zaman 19 yaşlı Məhəmməd Verdiyev artıq III kursı keçmişdi.
“Babək” filmində Buğday obrazına çəkilmək onun aktyor həyatında, yaradıcılığında böyük rol oynayıb. Məhəmməd Verdiyev məhz bu rola görə tanınıb, məşhurlaşıb.
Buğday obrazı üçün çəkilişə dəfətv olunan 26 namizədin arasından 2 nəfəri seçiblər: “Məhəmməd Verdiyevlə mərhum İlham Əsgərovu. Amma sonda filmin yaradıcı heyəti məhz onun üzərində dayanıb.
Beləcə, tələbə-aktyor Məhəmməd Verdiyev Buğday rolunda oynamaqla bütün keçmiş SSRİ məkanında tanınıb.
Filmdəki Buğday obrazı atasının yolunu izləyərək, bir tərəfdən Babəkin mübarizəsinin məntiqini və məqsədini qəbul edir, digər tərəfdən isə o dövrün ağır reallıqları ilə qarşılaşır. Və sonda özünə qəsd etməklə onu qorxaqlıqda suçlayan atası Babəkin mübarizəsinin davam etdirilməsini simvollaşdırır.
Məhəmməd Verdiyev İncəsənət İnstitutunu bitirdikdən sonbra bir müddət həmin ali məktəbdə dərs deyib və Tədris Teatrında çalışıb.
Yaddaşımızda Buğday kimi qalan aktyor sonralar bir neçə filmə də (“Təxribat”, 1990; “Həm ziyarət, həm ticarət”, 1995) çəkilib.

1997-ci ildə ailəsilə (həyat yoldaşı və iki övladı) Rusiyaya köçüb və təxminən 20 il Tver vilayətində yaşayıb. Orada bizneslə məşğul olub, üstəlik, seriallara da çəkilib (“Yasmin”, 2013; “Ştamp”, 2016).
2016-cı ildə M.Verdiyev daimi yaşamaq üçün vətənə dönüb.
Azərbaycana qayıdandan sonra aktyor iş üçün teatrlara müraciət etsə də, yaşlandığına görə qəbul olunmayıb və xeyli müddət işsiz qalıb.
Daha sonra Azərbaycanda çəkilən “Yuxu kimi”, “Bir qadın” seriallarına dəvət alıb.
Aktyor hazırda Teatr Xadimləri İttifaqında işləyir və özünün mətbuata verdiyi açıqlamalarına görə, maddi durumu – dolanışığı çətindir. O, hətta vaxtilə incəsənət sahəsinə gəldiyinə görə peşmanlıq çəkdiyini də gizlətməyib.
Bu gün 66 yaşını qeyd edən Məhəmməd Verdiyevin iki qızı var və hər ikisi evlidir.

Ə.Qafarlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Yanvar 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri