Icma.az
close
up
RU
Bacısını boğaraq öldürməkdə təqsirləndirilən şəxsdən REAKSİYA: Yüngül həyat tərzi keçirirdi Xəbər saytı Son xəbərlər və Hadisələr

Bacısını boğaraq öldürməkdə təqsirləndirilən şəxsdən REAKSİYA: Yüngül həyat tərzi keçirirdi Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakının Binəqədi rayonunda bacısını qətlə yetirməkdə ittiham olunan Təbriz Qasımovun məhkəməsinin növbəti baxış iclası keçirilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Təbriz Qasımov ittihama münasibət bildirərək özünü təqsirli bilib. Lakin o, məhkəmədə ifadə verməkdən imtina edib.

Daha sonra təqsirləndirilən şəxsin qardaşı Bəhmən Qasımov şahid qismində dindirilib. O da məhkəmədə ifadə vermək istəməyib.

Onun məhkəmədə istintaqa verdiyi ifadə elan edilib.

B.Qasımov ifadəsində bildirib ki, bacısı 3 dəfə ailə həyatı qurub:

"Təhminə yüngül həyat tərzi keçirirdi. Onu nə qədər yola gətirməyə çalışaq da, alınmırdı. Bakıda işləyirdi. Hadisə günü isə gecə saatlarında Təhminənin iş yerinə getdim. Onu evə aparmaq istədim. Lakin bacım mənimlə gəlmədi, dedi sən get. Mağazadan çıxıb müdirinin maşınına minib harasa getdi. Təbriz məsələdən xəbərdar oldu. Saat gecə 12-ni keçmişdi. Təhminə evə gəldi. Anam ondan niyə belə etdiyini soruşdu. Təhminə isə öz həyatının olduğunu və "özüm bilərəm" dedi.

Təbriz də Təhminədən sonra gəldi. Məni çağırıb çöldə söhbət etdi. Sonra məni mağazaya göndərdi. Mağazadan qayıdandan sonra gördüm ki, Təbriz Təhminəni boğub. Təbrizi nə qədər geri çəkməyə çalışsaq da, Təhminənin üstündən qaldıra bilmədik. Təhminə artıq hərəkətsiz qalmışdı. Öldüyünü o zaman anladım. Qardaşım siqaret çəkdi, su içdi. Bizim yanımızda belə hadisə törətdiyi üçün üzr istədi. Sonra gedib polisə təslim oldu".

Məhkəmə prosesi fevralın 3-nə təyin edilib.

Xatırladaq ki, hadisə ötən il iyulun 1-də Bakının Binəqədi rayonu ərazisində qeydə alınıb. Araşdırmalarla 1997-ci il təvəllüdlü Təbriz Qasımovun rayonun Rəsulzadə qəsəbəsi ərazisində şəxsi münasibətlər zəminində bacısı Təhminə Qasımovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Qətlə yetirilən 20 yaşlı Təhminə Qasımova məişət əşyaları satılan mağazada satıcı vəzifəsində çalışıb.

Hadisə səhərə yaxın qeydə alınıb. Hadisədən sonra Təbriz Qasımov könüllü olaraq polisə təslim olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://baku.ws
archiveBu xəbər 09 Yanvar 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see145

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see143

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see132

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see132

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri