Icma.az
close
up
RU
Bacısını döyən yeznəsini yumruqladı Uşaqlarla görüşmək istəməsini bildirdi

Bacısını döyən yeznəsini yumruqladı Uşaqlarla görüşmək istəməsini bildirdi

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xaçmaz rayonunda 46 yaşlı kişi bacısının həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin martın 17-də rayonun kəndlərindən birində baş verib.
1985-ci il təvəllüdlü Əziz həmin gün saat 20 radələrində yaşadığı evin həyətində yeznəsi Fərid (adlar şərtidir – red.) ilə şəxsi münasibətlər zəminində mübahisə edib. 
Aralarında yaranmış mübahisə zamanı Əziz sağ əli ilə Fəridin sifətinin sol nahiyəsinə bir yumruq zərbəsi vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Əzizin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Əziz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
Əziz ifadəsində göstərib ki,  Xaçmaz rayonunun ailə üzvləri ilə birgə yaşayır:
“Fatimə mənim doğma bacımdır. Bacım əri Fərid ilə dəfələrlə mübahisə edib. Buna görə bacım 2025-ci ilin mart ayının əvvəllərində yaşadığımız evə gəldi. Həmin ilin martın 17-də, saat 20 radələrində yaşadığım evin həyətində olan zaman yeznəm Fərid evin qarşısına idarə etdiyi avtomobil ilə gəldi və evin çöl darvazasından həyətə daxil oldu. Həyətə daxil olduqdan sonra isə evin qapısının qarşısına gələrək uşaqlarla görüşmək istəməsini bildirdi. Bu zaman onu görən bacım getməsini, onu istəməməsini, uşaqları ona göstərməyəcəyini dedi. Həmin vaxt anam evdə olub. Anam gələrək Fəriddən getməsini, uşaqların xəstə olmasını dedi. Buna görə evdəkilərin Fəridi görmək istəmədiyini, bundan başqa anamı və bacımı nalayiq ifadələrlə təhqir etdiyi üçün ona evin həyətindən kənara çıxmasını xahiş etdim. Ancaq Fərid getmək istəməyərək həyətdəki çardağın altına tərəf getdi. Onun hərəkətlərindən əsəbləşdim və sifətinin sol tərəfinə bir dəfə yumruq vurdum”.
Təqsirləndirilən şəxs deyib ki, daha sonra Fəridi kənara itələsə də, yerə yıxaraq onu döyməyib:
“Onun üzünə vurandan sonra dərhal həyətdən çıxdı, avtomobilinə əyləşərək oradan uzaqlaşdı. Həmin hadisə 5-10 dəqiqə ərzində baş verdi, ətrafda heç kim olmayıb. Kənar şəxslərin müdaxiləsi olmadan ayrılmışıq. Fəridi yumruqla vurmağımın səbəbi axşam vaxtı öz evimin həyətində ailə üzvlərimi nalayiq ifadələrlə təhqir etməsi olub”. 
Bu cinayət işinə Xaçmaz Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Zərərçəkən də ona qarşı şikayətini geri götürüb. 
Bu halları nəzərə alan hakim təqsirlçəndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib.
Onun barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Aprel 2026 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see338

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see329

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see326

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see314

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see312

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see301

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see301

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see293

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see273

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see269

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see268

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see266

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see264

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see261

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see259

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see255

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see252

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see233

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see220

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri