Icma.az
close
up
RU
Yeznəsini bacısını incitdiyi üçün öldürmüşdü Cəzadan azad edildi

Yeznəsini bacısını incitdiyi üçün öldürmüşdü Cəzadan azad edildi

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bacısının ərini xüsusi amansızlıqla öldürməkdə ittiham edilən 27 yaşlı Əkbər Vəliyev cəzadan azad edilib.

“Qafqazinfo”nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsi işlə hərtərəfli tanış olduqdan sonra belə qərar qəbul edib.

Bu hadisə 2023-cü ilin yayında Sumqayıt şəhərində baş verib. Əkbər onunla eyni yaşlı yeznəsi Arif Muxtarovu bir neçə bıçaq zərbəsi ilə öldürüb. İstintaq materiallarında yazır ki, Arif yalvararaq onu uşaqlarına bağışlamasını istəsə də, yeznəsi ona rəhm etməyib.

Əkbər həbs edilsə də, ekspertlər onun cinayət törədərkən anlaqsız vəziyyətdə olduğu barədə rəylər veriblər. Məhkəmə müttəhimi fəaliyyət qabiliyyətsiz elan edib.

Qeyd edilən səbəbdən Əkbər məhkəmədə ifadə verməyib. Hakim Nurəddin Hüseynli onun həbs edilən zaman müstəntiqə verdiyi ifadəsini elan edib. O, həmin ifadəsində özünü tam təqsirli bilib. Yeznəsini öldürməyinin səbəbinin bacısını mütəmadi olaraq incitməsi olduğunu deyib: “Əkbər iki il əvvəl bacımla evlənmişdi. Amma bilirdim ki, onu incidir. Buna baxmayaraq, qorxusundan bizə nə isə demirdi. Hadisədən bir qədər əvvəl bacım etiraf edib, amma ailəsinin dağılmaması üçün xahiş edib ki, heç kimə, heç nə deməyək”.

Əkbər hadisə günü Arifi çay içmək üçün restoranlardan birinə çağırıb. Cinayəti də restoranın yanında törədib. Təqsirləndirilən şəxs yeznəsinə bir-iki bıçaq vursa da, ölmədiyini görüb. Arif qan içində qaçmağa çalışıb. Fikri qəti olan Əkbər onu yenidən yerə yıxıb, bir neçə dəfə də bıçaqla vurub.

Hakim bütün tərəfləri dinlədikdən sonra ekspert rəylərini və prokurorun təklifini əsaslı hesab edib.

Qərara əsasən, Əkbər anlaqsız vəziyyətdə adam öldürdüyündən cinayət məsuliyyətindən və cəzadan azad edilib. O, hökm qanuni qüvvəyə minənə kimi Respublika Psixiatriya Xəstəxanasına yerləşdiriləcək.

Sail Ağasəlim

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 09 Yanvar 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see483

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see377

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see342

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see304

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see290

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see265

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see251

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see251

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see245

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see241

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see235

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see226

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see225

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see222

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see215

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see214

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see201

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see197

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri